19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Xarici futbol

FİFA-nın alternativ variantı hazırdı: DÇ-2022 üçün noyabr-dekabr və ya yanvar-fevral

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı noyabr-dekabr və ya yanvar-fevral aylarında baş tuta bilər. Futbolxeber.az-ın “Capri Sport”a istinadən verdiyi məlumata görə, FİFA-nın işçi qrupunun iclasında bu müddət alternativ variant kimi dəyərləndirlib.

Qeyd edək ki, bu, FİFA-nın 2018-2024-cü illər üçün təqvimini hazırlayan komitənin ilk iclası idi. Toplantı zamanı əsas müzakirə mövzusu DÇ-2022 ətrafında yaranan problemlər olub. Vurğulanıb ki, əsas problem məhz turnirin keçirilmə tarixidir. Yayda Qətərdə istilərin həddindən artıq yüksək dərəcədə olması turnirin həmin vaxt baş tutmasına maneə yaradır. Bu səbəbdən də turnirin qışda keçirilməsi istinsa deyil.

Bununla bağlı UEFA yekun qərarını gələn ilk fevralından tez verməyəcək. Həmin vaxta kimi müzakirələr davam etdiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30