12 Dekabr 2019, Cümə axşamı
“Qəbələ”nin qapıçısına sərt cəza
Özbəkistanlı yarımmüdafiəçi "Keşlə"də
Məmmədov Dadaşlinskinin qonağı oldu
"Neftçi"nin 5 üzvü rəmzi komandada

Xarici futbol

Millimizin rəqibinin heyəti açıqlandı: Balotelli kənarda qaldı

AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibi olan İtaliya yığmasının heyəti açıqlanıb. Futbolxeber.az-ın məlumatına görə, “Skuadra Adzurra”nın yeni baş məşqçisi Antonio Konte qarşıdakı oyunlar üçün 27 futbolçuya dəvət göndərib. Onların arasında yenicə “Liverpul”a keçən Mario Balotelli yoxdu.  

Qapıçılar: Canluici Buffon (“Yuventus”), Valter Siriqu (PSJ), Mattia Perin (“Cenoa”), Daniele Padelli (“Torino”).

Müdafiəçilər: Leonardo Bonuççi, Corco Kyellini (hər ikisi “Yuventus”), Matteo Darmian (“Torino”), Mattia De Şilyo (“Milan”), Kristian Madco (“Napoli”), Qabriel Paletta (“Parma”), Manuel Paskual (“Fiorentina”), Andrea Ranokkiya (“İnter”).

Yarımmüdafiəçilər: Antonio Kandreva (“Latsio”), Daniele De Rossi, Alessandro Florensi (hər ikisi “Roma”), Klaudio Markizio (“Yuventus”), Marko Verratti (PSJ). Marko Parolo (“Parma”), Andrea Poli (“Milan”), Emanuele Cakkerini (“Sanderlend”).

Hücumçular: Çiro İmmobile (“Borussiya”, Dortmund), Mattia Destro (“Roma”), Stefan Əl-Şəravi (“Milan”), Sebastyan Covinko (“Yuventus”), Pablo Osvaldo (“İnter”), Simone Zaza (“Sassuolo”).

Qeyd edək ki, İtaliya millisi sentyabrın 4-də Baridə yoxlama oyununda Hollandiya ilə qarşılaşacaq. Sentyabrın 9-da isə “Skuadra Adzurra” seçmə mərhələnin ilk oyunu çərçivəsində Osloda Norveçin qonağı olacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2019
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31