29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Serbiya səfirliyi Bakıda azarkeşlərin “Partizan”a olan münasibətindən narahatdır

Serbiyanın Azərbaycandakı Səfirliyi "Partizan" PFK-nın Bakıda məşqi zamanı azarkeşlərin hərəkətlərindən narahatlığını ifadə edib. Səfirlikdən Trend-ə daxil olan məlumata görə, Serbiya Səfirliyi avqustun 27-də axşam radələrində "Neftçi" PFK-nın Bakı şəhərində yerləşən stadionunda "Partizan" PFK-nın məşqləri zamanı baş vermiş xoşagəlməz insidentə görə təəccüblənib.

Məlumatda deyilir: "Neftçi" PFK-nın azarkeşləri təhqiredici mahnılar oxumaqla yanaşı, futbol meydançasına şüşə butulka, daş və digər predmetlər atmışlar. Məşqlər bitdikdən sonra otelə qayıdan zaman futbolçuları aparan avtobus daş zərbələrinə məruz qalmış və zədələnmişdir".

Serbiyanın Azərbaycandakı Səfirliyi "Partizan" PFK-nın oyunçuları və azarkeşlərinin Bakıdan çıxana qədər təhlükəsizliyinin təmin olunması üçün tədbirlərin görülməsini gözləyir: "Biz ümid edirik ki, insident qəsdən təşkil olunmayıb, lakin bildirmək istərdik ki, daha bir cəhd Serbiya və Azərbaycan arasındakı xoş münasibətləri poza bilər, bu səbəbdən qaydaları pozanların tapılmasını və müvafiq yolla nəzarət altına alınmasını gözləyirik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31