28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Azərbaycan millisinin yer aldığı qrup Konteyə 1 milyon avro qazandıra bilər

İtaliya millisi ilə 2 illik müqavilə imzalayan Antonio Kontenin təqdimat mərasimi avqustun 19-u Romada keçiriləcək. Futbolxeber.az-ın məlumatına görə, sabiq “Yuventus”lunun yeni iş yerindəki əmək haqqısı 4 milyon avro olacaq. Bu pulun yarısını İtalya Futbol Federasiyası, digər yarısını isə federasiyanın əsas sponsoru olan “Puma” şirkəti ödəyəcək.  

Bununla da Konte milli komanda baş məşqçiləri arasında ən yüksəködənişli ikinci mütəxəssis olacaq. Konte yalnız Rusiya millisini çalışdıran həmyerlisi Fabio Kapellodan geri qalacaq. Çünki Kapellonun Rusiya millisindəki illik qazancı 6,7 milyon avrodu.   

İtaliya millisi AVRO-2016-nın final mərhələsinə yüksəlsə, Konte daha 1 milyon avro əldə edəcək. Seçmə mərhələdə İtaliya millisi Xorvatiya, Bolqarıstan, Norveç, Azərbaycan və Maltayla bir qrupda yer alıb.  

İtaliya millisi FİFA reytinqində 5 pillə irəliləsə, Konte daha 500 min avro irəli düşəcək. Nəhayət, Konte İtaliya millisini növbəti qitə birinciliyinin finalına yüksəltsə, büdcəsini daha 500 min avro ilə zənginləşdirəcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31