19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Portuqaliyalılar "Bakı"nın bazasında

 

FİFA 2014 Dünya Çempionatının seçmə mərhələ oyununda Azərbaycan millisi ilə qarşılaşacaq Portuqaliya yığma komandası 4 gün ərzində şəhərimizin qonağı olacaq. Futbolxeber.az xəbər verir ki, 26 mart 2013-cü il tarixdə Tofiq Bəhramov adına Respublika stadionunda milli komandamızın qonağı olacaq Portuqaliya 2 gün "Bakı" futbol klubunun bazasında məşq edəcək.

Əldə olunan razılaşmaya əsasən, 23 və 24 mart tarixlərində Portuqaliya milli komandası müvafiq olaraq 17.00-19.00 və 11.00-13.00 radələrində "Bakı"nın azasında hazırlıq keçəcək. 24 mart tarixinə təyin olunmuş məşq qapalıdır. 23 mart axşamında isə qonaqlar açıq məşq keçirəcəklər.

Xatırladaq ki, Azərbaycan və Portuqaliya milli komandaları arasında Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq seçmə mərhələ oyunu saat 21.00-da başlanacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30