25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

"İnanıram ki, Berdıyev və komandası Avropanı təəccübləndirəcək"

 

"Spartak"ın və Rusiya millisinin sabiq üzvü Yeqor Titov Avroliqanın 1/4 final mərhələsində "Rubin"in "Çelsi" ilə düşməsinə münasibət bildirib. Futbolxeber.az xəbər verir ki, veteran futbolçu qeyd edib ki, Kazan təmsilçisi "Çelsi"dən çəkinməməlidir: "Rubin"lə "Çelsi"ni çox gərgin oyun gözləyir. Mən başa düşmürəm, "Rubin" axı nədən qorxmalıdır? Unutmayın ki, vaxtı ilə bu komanda "Barselona" və "Atletiko" kimi komandaları məğlub edib. Eyni zamanda "Styaua" ilə oyunlar göstərdi ki, "Çelsi" indi heç də optimal formada deyil. Mən hesab edirəm ki, rumınlar evdə "Çelsi"yə qarşı əla çıxış etdilər. Daha çox hücum etməyə səy göstərirdilər. Onlar əks-hücumda əla çıxış edirdilər. Ümid edirəm ki, "Rubin" də "Styaua" kimi düzgün taktika seçəcək oyuna. Müdafiədə etibarlı oynamaqla "Çelsi"ni əks-hücumda yaxalamaq olar. Özü də "Rubin" məhz bu cür oyunla güclü komandaları məğlub etməyi bacarır. Düzdür, aydın məsələdir ki, "Çelsi" dünya nəhəngidir. Amma onlardan çəkinmək olmaz. Məncə, bu cütdə konkret favorit yoxdu. Heç bir cəhətinə görə "Çelsi"ni "Rubin"dən üstün tutmuram. İnanıram ki, Berdıyev və komandası Avropanı təəccübləndirəcək".

  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30