26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

"Simurq" "Makkabi" ilə qarşılaşacaq

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Simurq", təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyulun 17-də Avstriyaya gəlib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Tirol bölgəsində yerləşən "Das Seivald" otelində məskunlaşan Zaqatala təmsilçisi gündə iki dəfə olmaqla məşqlərə başlayıb. Komanda səhər və axşam hazırlıqlarında əsasən toplu çalışmalardan ibarət taktiki və texniki təmrinləri yerinə yetirir.

Avstriya hazırlığı çərçivəsində “Simurq” beş yoldaşlıq görüşü keçirməyi planlaşdırır. Qarşılaşmalar iyulun 20-nə, 23-nə, 26-na, 29-na və avqustun 1-nə nəzərdə tutulub. Artıq Georgi Çixradzenin yetirmələrinin ilk rəqibi də məlumdur. "Sarı-qaralar" sabah Bakı vaxtı ilə 20:00-da "Makkabi Hayfa" klubu ilə qarşılaşacaq.

Komanda transfer çalışmalarını da dayanmadan davam etdirir. Həm yerli, həm də legioner futbolçuları heyətə qatmağı nəzərdə tutan "Simurq", yaxın bir zamanda bir neçə futbolçu ilə rəsmi müqavilə bağlayacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30