29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

“İnter” Zanettinin nömrəsini əbədiləşdirdi

İtaliyanın “İnter” klubu Xavyer Zanettinin şərəfinə 4 nömrəli formanı əbədiləşdirib. Futbolxeber.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, Milan təmsilçisinin heyətində bu nömrə daha istifadə olunmayacaq.

Qeyd edək ki, Zanetti 1995-ci ildən “İnter”də çıxış edib. Komandanın heyətində argentinalı veteran futbolçu 5 dəfə Skudettonu, 4 dəfə İtaliya Kubokunu, 4 dəfə İtaliya Superkubokunu, UEFA Kubokunu, Çempionlar Liqasını və klublararası dünya çempionluğunu qazanıb. Cari mövsüm başa çatdıqdan sonra isə o, futbolçu karyerasını başa vurub. Lakin Zanetti yenə də doğma klubunu tərk etməyib. Hazırda o, “İnter”in vitse-prezidentidir. Müqaviləyə əsasən Zanetti ən azı 2 il bu postu tutacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31