19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Xarici futbol

Ronaldo DÇ-2014-də bir daha meydana çıxmaya bilər: “Onun gələcəyi təhlükədədir”

Portuqaliya millisinin aparıcı üzvü Kriştianu Ronaldo DÇ-2014-də bir daha meydana çıxmaya bilər. Futbolxeber.az-ın “El Confidencial”a istinadən verdiyi məlumata görə, həkimlər təcrübəli futbolçunun istirahətə ehtiyac duyduğunu bildirirlər. Belə ki, Almaniyaya qarşı baş tutan matçdan sonra Ronaldonun dizində yenidən problemlər baş qaldırıb.

“Onun dizi istirahətə ehtiyac duyur. Əks halda Ronaldonun gələcəyi təhlükə altındadır”. Bunu Portuqaliyanın aparıcı cərrahlarından olan Xose Noronya deyib.

Ronaldo buna cavab olaraq bildirib ki, mundialda bir daha oynayıb-oynamayacağı barədə yalnız özü qərar verəcək.

Mənbə qeyd edir ki, Ronaldo ayağındakı ağrılara baxmayaraq, Çempionlar Liqasının finalında meydana çıxıb. Bu da onun durumunu daha da çətinləşdirib. Ronaldonun zədəsi xroniki deyil. Lakin hazırda ağrılar maksimum həddə çatıb.

Noronya onu da qeyd edir ki, Ronaldo ən azı 2 ay istirahət etməlidir.

Xatırladaq ki, Ronaldo Portuqaliya millisinin bugünkü məşqini yarımçıq dayandırıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30