23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

Van Qal: “Bu qədər qol vuracağımızı gözləmirdik”

“İspaniya elə bizim düşündüyümüz kimi hücum etdi. Bilirdik ki, bu halda fərqlənmək üçün şans yaxalayacağıq. Amma bu qədər qol vuracağımızı gözləmirdik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri İspaniya ilə oyun haqda danışarkən Hollandiya millisinin baş məşqçisi Lui van Qal deyib.

Təcrübəli mütəxəssis komandasının qapısına təyin olunan penalti qərarının düzgün olmadığını düşünür: “Komandamız müdafiədə kompakt şəkildə oynadı və bununla da rəqibin işini çətinləşdirdik. Yeri gəlmişkən, qapımıza təyin olunan penaltinin düzgün olduğuna şübhə edirəm. Əsasən əks-hücumlara ümid edirdik. Heyətinizdə Robben, Sneyder, van Persi kimi futbolçular varsa, mütləq komandanız fərqlənəcək”.

Növbəti oyunla bağlı sualı van Qal belə cavablandırıb: “Avstraliya ilə oyun tam fərqli olacaq. Çünki ispanlar daim hücum edir, meydanda dominantlıq etmək istəyirlər. Asvtraliya isə bizə qarşı müdafiədə oynayacaq”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30