24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

Fabreqas: “Premyer Liqada yarımçıq qalan işlərim var”

“İlk növbədə “Barselona”dakı hər kəsə minnətdaram. Orada 3 əla mövsüm keçirdim. Bu, mənim uşaqlıq klubumdur və daim “Barselona” kimi komandada forma geydiyim üçün fəxr edəcəyəm”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Çelsi”nin yeni transferi Fransesk Fabreqas deyib.

İspan futbolçu bildirib ki, “Çelsi” onun üçün ən yaxşı variantdır: “Hiss edirəm ki, İngiltərə Premyer Liqasında tamamlanmayan işlərim qalıb. Geriyə qayıtmaq üçün indi ideal zamandır. Gələn təklifləri incələdim və hesab edirəm ki, “Çelsi” mənim üçün ən yaxşı variantdır. Mənim kimi bu komanda da böyük qələbələr və kuboklar üçün acdır. “Çelsi”nin əla heyəti və inanılmaz məşqçisi var. Yeni klubumda oynayacağım günü səbirsizliklə gözləyirəm”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30