29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Ronaldo: “Favorit Braziliyadı, amma Rusiyadan sürpriz gözləməyə dəyər”

Məşhur braziliyalı futbolçu, DÇ-2014-ün təşkilat komitəsinin üzvü Ronaldo “Sport-Ekspress” nəşrinə müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, “yekədiş” mundialın favoriti qismində 4 komandanı gördüyünü bildirib: “Əlbəttə ki, əsas favorit Braziliyadı. Bizim millinin çempion olmaq üçün çox gözəl şansı var. Təkcə meydan sahibi olduğuna görə yox. Braziliyanın heyəti də çox güclüdür. Konfederasiyalar Kuboku Braziliyanın nəyə qadur olduğunu göstərdi. Müdafiə xətti etibarlı, yarımmüdafiə xətti çox güclüdür. Hücumda əla bombardirlər, üstəlik Neymar var. Son olaraq da möhtəşəm azartkeş dəstəyi”.

Digər favorit komandalarla bağlı sualı Ronaldo belə cavablandırıb: “Ən çox 4 komandanın şansı çoxdur. Braziliya ilə yanaşı, Almaniya, Argentina və İspaniya da dünya çempionu ola bilərlər. İtaliyanı da unutmaq olmaz. Bu komandayla hər kəs hesablaşmalıdır. Fransa kimi İtaliya millisi də böyük ənənələrə malikdir”.

Braziliyalı veteran futbolçu mundialda sürpriz gözlədiyi komandanın da adını açıqlayıb: “Ümumiyyətlə, dünya çempionatı elə bir turnirdir ki, burada istənilən komanda qalib ola bilər. Futbol proqnozu sevmir. Onun gözəlliyi də elə bundadır. Rusiya və İngiltərəni də heç cür hesabdan silmək olmaz. Onlar bizi təəccübləndirməyə qadirdilər”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31