28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Nigeriya millisinin baş məşqçisi: “Şotlandiya ilə oyun danışılmış deyildi”

Nigeriya millisinin baş məşqçisi Stiven Keşi Şotlandiyaya qarşı keçirdikləri yoxlama matçının (2:2) nəticəsinin əvvəldən razılaşdırılmış olması barədə yayılan xəbərlərə münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, 52 yaşlı mütəxəssis ittihamları qəbul etməyib: “Biz bu barədə komanda üzvləriylə danışdıq. Yayılan söz-söhbət gülməlidir. Heç kim söhbətin haradan başladığını bilmir. Biz futbol oynayırıq, mərc oyunları ilə məşğul olmuruq. Nə futbolçu, nə məşqçi kimi danışılmış oyunlarda heç vaxt iştirak etməmişəm”.  

Qeyd edək ki, Britaniyanın “The Telegraph” nəşri qarşılaşmadan öncə matçın danışılmış olduğu barədə xəbər yaymışdı. Matçın gedişində Nigeriya millisinin qapıçısının topu öz qapısına göndərməsi böyük ajiotaj doğurub. Lakin Ostine Edjidenin öz qapısına vurduğu qol hesaba alınmayıb. Belə ki, hakim həmin epizodda qayda pozuntusu qərarı qəbul edib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31