20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Luis Suarez “İlin futbolçusu” seçildi

İngiltərə Futbol Yazarları Birliyi (FWA), “Liverpul”un uruqvaylı hücumçusu Luis Suaresi “ilin futbolçusu” seçib. Lent.az-ın verdiyi xəbərə görə, çempionluq mübarizəsi aparan “Liverpul”da 30 qol vuran L.Suarez 300-dən artıq yazarın iştirak etdiyi səsvermədə 52 faiz səslə “ilin futbolçusu” adını qazanıb.
 
Səsvermədə L.Suarezin komanda yoldaşı Stiven Cerrard ikinci, “Mançester Siti”li Yaya Ture isə üçüncü olub.
 
L. Suarez, keçən ay da Peşəkar Futbolçular Birliyi tərəfindən “ilin futbolçusu” mükafatına layiq görülüb.
 
Qeyd edək ki, 2011-2012-ci il qış fasiləsində 22,8 milyon funt-sterlinqə Niderlandın “Ayaks” klubundan “Liverpul”a transfer olunan 27 yaşlı L.Suarez “Mançester Yunayted”li Patrik Evraya qarşı irqçi ifadələr işlətdiyi üçün 8, “Çelsi”li Branislav İvanovicin qolunu qırdığı üçün isə 10 oyunluq cəza alaraq gündəmə gəlmişdi.
 
L.Suarezə verilən mükafatı son 5 ildə Qaret Beyl (“Tottenhem”), Robbi van Persi (“Arsenal”), Skott Parker (“Vest Xem Yunayted”), Ueyn Runi (“Mançester Yunayted”) və Stiven Cerrard (“Liverpul”) qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30