20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

“Real” 5-ci dəfə 100-ə, Ronaldo 4-cü dəfə 50-yə çatdı

“Real”ın hücumçusu Kriştianu Ronaldo dünən La Liqanın 36-cı turu çərçivəsində “Valensiya”ya qarşı baş tutan oyunun 90+2-ci dəqiqəsində vurduğu qolla komandasını yenilgidən xilas etdi. Futbolxeber.az-ın məlumatına görə, bununla da “Real”ın La Liqada cari mövsümdə vurduğu qolların sayı 100-ə çatdı. Madrid klubu ardıcıl 5-ci mövsümdür ki, mövsümü 100-dən aşağı qolla bitirmir.

“Valensiya” ilə matçda vurulan qol Ronaldonun cari mövsüm “Real”ın heyətində bütün turnirlər nəzərə alınmaqla 50-ci qolu (La Liqada 31, ÇL-də 16, İspaniya Kubokunda 3) oldu. Portuqaliyalı futbolçu bununla da ardıcıl dördüncü mövsüm “Kral klubu”nun heyətində 50 qol həddinə çatır.

Xatırladaq ki, 2010/11 mövsümündə Ronaldo 54, 2011/12 mövsümündə 60, ötən mövsüm isə 55 dəfə fərqlənib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30