18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

“Atletik” 16 illik həsrətə son qoydu

İspaniya La Liqasında 36-cı turun açılış matçında “Atletik” səfərdə “Rayo Valekano”nu 3:0 hesabı ilə darmadağın edib. Futbolxeber.az-ın məlumatına görə, bu nəticəylə Bilbao klubu həm çempionatda dördüncü yeri, həm də növbəti mövsümdə Çempionlar Liqasında iştirakı özü üçün təmin edib.

Hazırda “Atletik”in aktivində 68 xal var. 5-ci pillədə qərarlaşan “Sevilya” da mövsümü 68 xalla başa vura bilər. Lakin şəxsi oyunlardakı üstünlüyə görə, (1:1, 1:3) istənilən halda dördüncü yer “Atletik”ə qismət olacaq.

Bununla da “Atletik” 16 ildən sonra ilk dəfə olaraq Çempionlar Liqasında vəsiqə qazanıb. Bask təmsilçisi sonuncu dəfə ÇL-də 1998/99 mövsümündə iştirak edib. Həmin vaxt “Atletik” “Yuventus”, “Qalatasaray” və “Rusenborq”la eyni qrupda yer almışdı. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30