24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

Dirk Kuyt: “Elə “Latsio” ilə düşmək istəyirdik”

Avroliqanın püşkatma mərasimindən sonra “Fənərbaxça”nın holland müdafiəçisi Dirk Kuyt Türkiyə mətbuatına fikrini bölüşüb. Futbolxeber.az xəbər verir ki, püşkatma nəticəsində 1/4 finalda “Latsio”ilə qarşılaşacaq “Fənər”li elə əvvəldən Roma klubunu arzuladıqlarını bildirib: “Püşkatmanı Vebo və Meyreleşlə birlikdə izlədik. Səbətdə çox güclü klublar vardı. Bəxtimizə “Latsio” düşdü. Çox güclü bir klubdu. Buna baxmayaraq, biz də elə “Latsio” ilə düşməmizi arzulayırdıq. “Fənərbaxça”nın turu keçəcək əzmdə olduğuna əminəm. Son iki oyunu azarkeşsiz oynadıq. İndi də rəqib meydanında azarkeşsiz oynamaq məcburiyyətində qaldıq. Ümid edirəm ki, ilk oyunda sərfəli nəticə əldə etməklə cavab oyununa rahat şəkildə yollanacağıq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30