19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Terri: “Finala yüksəlmək belə, bizim üçün uğur sayılacaq”

“Heç vaxt komandamı risqə atmaram. Odur ki, hər zaman məşqçiylə səmimi oluram. 2 gün əvvəl Maurinyo məndən özümü necə hiss etdiyimi soruşdu, mən də vəziyyətimin yaxşı olduğunu bildirdim. “Atletiko”yla oyuna tam hazıram”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Çelsi”nin müdafiəçisi Con Terri deyib.

Təcrübəli futbolçu London klubunun çalışdırıcısı Joze Maurinyo haqda da danışıb: “O, səhər məşqdə hamıdan birinci gəlir və meydançanı hamıdan sonda tərk edir. Biz hamımız bunu görürük. Jozenin nəyə görə bu qədər uğur qazandığını bilirəm. Çünki o, hər gün futbolçulardan maksimum çalışmağı tələb edir. Maurinyonu hər birimiz çox sevirik. Onunla çalışmaq bizə zövq verir”.

Terri “Atletiko”ya qarşı baş tutacaq oyun barədə isə bunları söyləyib: “Finalın bir addımlığındayıq. Həlledici qarşılaşmaya yüksəlmək belə, bizim üçün uğur sayılacaq. İndi fikrimizi “Atletiko”yla oyuna yönəltmişik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30