20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

“Beşiktaş”ın futbolçusu güllələndi

“Beşiktaş”ın futbolçusu Gökhan Töre güllənib. Futbolxeber.az-ın yazete.com-a istinadən verdiyi məlumata görə, ulduz futbolçu səhərə yaxın əylənmək üçün getdiyi Şişlidəki bir gecə klubunda silahlı hücuma uğrayıb. Kürəyindən vurulan və həmən xəstəxanaya yerləşdirilən Töre əməliyyat olunub. Hazırda futbolçunun durumu normaldır.

“Beşiktaş” rəsmisi Ahmet Kavalcı, Gökhan Törenin silahlı hücuma uğradığını təsdiq edib. O, bildirib ki, hazırda futbolçunun durumu nəzarət altındadır: “Ölümcül bir şey yoxdu, mərmi kürəyinə dəyib. Mübahisə edənlər başqaları olsa da, şanssızlıqdan açılan atəş Gökhana dəyib”.

“Beşiktaş” klubundan verilən rəsmi açıqlamada da Gökhan Törenin yaralandığı təsdiqlənib: “Peşəkar klubumuzun oyunçusu Gökhan Töre, gecə saatlarında komanda yoldaşlarıyla birgə getdiyi əyləncə məkanında yaralanıb. Həmin şəxs biri qadın, biri də uşaq olmaqla daha 5 nəfəri yaralayıb. Hazırda polis atəş açan həmin şəxsi axtarır”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30