25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Terri “Çelsi”də qalmaq üçün güzəştə getməlidir

Con Terrinin yeni mövsümdə də “Çelsi”də çıxış edib-etməyəcəyi hələ bəlli deyil. Futbolxeber.az-ın “The Daily Mirror”a istinadən verdiyi məlumata görə, London klubu Terri ilə yeni - 1 illik müqavilə imzalamağa hazırdı. Lakin bunun üçün təcrübəli müdafiəçi güzəştə geməlidir. Belə ki, rəhbərlik Terridən məvacibinin 2 dəfə azaldılmasını istəyir. Hazırda Terrinin həftəlik qazancı 150 min funtdur. Yeni sözləşmədə isə onun əmək haqqısı 75 min funt olacaq. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Terri ilə İngiltərənin bir neçə klubu, eləcə də “Qalatasaray” yaxından maraqlanır.

Bir müddət əvvəl “Çelsi”nin baş məşqçisi Joze Maurinyo Terrini növbəti mövsümdə də sərəncamında görmək istədiyini bəyan etmişdi. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30