20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Adnan Turan: “Ardaya “mənim illərlə qazandığımı sən 90 dəqiqədə qazanacaqsan” dedim”

Arda Turanın atası Adnan Turan Türkiyə mətbuatına müsahibə verib. Futbolxeber.az məşhur futbolçunun atasının ən maraqlı açıqlamalarını təqdim edir:

* Ardanın iməkləməyə başlamasıyla topun arxasınca qaçmağı bir oldu. 5-6 yaşından küçədə futbol oynayırdı.

* Yaşı az olsa da, daim böyüklərlə, 15-16, hətta 20 yaşlı insanlarla futbol oynayırdı. 10 yaşında “Altıntepsi Klubu”na gəldi. İl yarım buradan oynadıqdan sonra “Qalatasaray”ın seçimlərinə qatıldı və istəyinə çatdı.

* Arda futbolu çox sevir. Hər şeyə də özü nail olub. Yaxşı yadımdadır, butsuları palçıqlıydısa, fırçayla təmziləyərdi. Axşam 9-da məşqdən gəlirdi. Əsas komandayla məşqə çıxmamışdan öncə paltarlarını daim özü yuyurdu. Yeməyini yeyib, dərslərini hazırlayıb yatardı. Evdən mənimlə bərabər çıxar, amma məndən gec gələrdi. Soyuqda, qarda evə titrəyərək dönürdü. İndi bəziləri “əşşi, topa 2 zərbə vurur, amma milyonlar qazanır” deyirlər. Halbuki Arda çox əziyyətlər çəkdi, çox.

* “Qalatasaray”a gedişini yaxşı xatırlayıram. Merterdə keçmiş Davutpaşalı İlkər vardı. Dəvə İlkər deyirdilər o zaman. Ardanın çıxışını ilk olaraq o görmüşdü. Sonra bizim Sebahattin abiyə demişdi ki, “bu uşağı “Qalatasaray”a götürək, çox istedadlıdı”.

* Evə gəldim, Arda ağlayırdı. Yanıma gəlib, ata, mən futbolla vidalaşdım dedi. 2 oyunda 40 dəqiqə şans vermişdilər. Bundan sonra isə icarəyə göndərilməsi haqda qərar qəbul edilmişdi. Həm az oynamasından, həm də icarəyə göndərilməsindən narahat idi. Vəziyyəti başa salmaq üçün ona dedim: “Bax oğlum. Mən 20 il Türkiyə Hava Yollarında çalışdım. İşdən çıxarkən 4 milyard (köhnə türk lirəsi ilə-red.) təzminat aldım. Sənə nə qədər verirlər? Müqaviləyə görə 25, hər oyuna görə isə 4,5 milyard lirə. Mənim illərlə qazandığımı sən 90 dəqiqədə qazanacaqsan. Pensiyam 300 milyondu. Bu puldan sonra sənə nə çatacaq? Özün fikirləş. Universitetə daxil ola bilməyən dostların gününü küçədə keçirir. Çayxanaya get və bir qədər düşün”. Dediyimi etdi və yarım saatdan sonra geri qayıdaraq, “Manisaspor”a gedirəm” dedi. İndiki pulla 50 lirə cibinə qoyub, otelə yola saldım. Transfer pəncərəsinin son günü idi. Ertəsi günü də “Beşiktaş” - “Manisaspor” matçı vardı. “Hilton Oteli”nə getdi. Sözləşməni imzaaladı, 25 milyardı cibinə qoydular.

* Müqavilədən sonra gəlib, 20 milyardı mənə verdi. Borcum vardı. “Denizbank”a gedib, bütün borclarımı bağlatdırdım. Onun sayəsində 40 yaşında borcsuz günüm oldu. Dünyalar sanki mənim idi.

* “Manisaspor”a getməmişdən öncə həmişə “Qalatasaray”ın kapitanı olacağam deyirdi. Bu, onun xəyalı idi. Mən də ona “vaxt gələcək, istəyinə çatacaqsan” deyirdim.

* Ardanın “Qalatasaray”a qayıdışının maraqlı tarixçəsi var. “Fənərbaxça” öz meydanında “Manisaspor”u qəbul edirdi. Adnan Polat da oyunu Adnan Sezginlə bərabər tirbunadan izləyirmiş. Adnan Polat Sezginə, Ardanı göstərərək, “bu oğlan kimdi” deyə soruşub. Adnan Sezgin isə cavabında “bizim icarəyə göndərdiyimiz futbolçudur” deyə, cavab verib. Cavabdan təəccüblənən Adnan Polat özündən çıxıb: “Necə yəni bizim göndərdiyimiz? Onu kim göndərib? Mövsümün sonunda nə olursa-olsun bu uşaq yuvaya dönəcək”.

* Allah hər kəsə belə övlad qismət etsin. Anasına çox düşkündür. Gündə 3 dəfə zəng vurar. Matçdan öncə və sonra mütləq danışırlar. Anası səsini eşidən kimi oğlunun hansı əhval-ruhiyyədə olduğunu anlayır. Bütün oyunları televizor vasitəsi ilə izləyirik. Çox gərginlik keçiririk. Elə buna görə də hər ikimiz şəkər xəstəsi olmuşuq. Övladımıza görə.

* Bir dəfə Ardaya “sona yaxın əksər futbolçular vaxt aparmaq üçün yerdə qalırlar. Siz niyə belə etmirsiniz” sualını vermişdilər. Arda isə cavabında “Anam mütləq oyunlarımı izləyir. Yerdə qalsam, bərk narahat olacaq” demişdi.

* Ardanın tezliklə vətənə dönməsini qətiyyən istəmirəm. 35 yaşında geri qayıtsın. Amma karyerasının son illərini yenidən “Qalatasaray”da keçirmək istəsə, 32 yaşında da qayıda bilər. Ardanın da tez bir zamanda geri dönmək fikri yoxdur. Ən böyük xəyalı isə nə zamansa “Qalatasaray”ın prezidenti olmaqdı.

* Məncə, Ardanın oyun tərzi “Barselona”ya daha yaxındı. Oğlum texnikalı futbolçudur və hesab edirəm ki, “Real” ona görə deyil. Çünki o komandada hər kəs özünü ulduz hesab edir. “Barselona”da isə vəziyyət tam fərqlidir. Həm də katalonlar çoxlu ötürmələrlə oynayır.

* Ronaldo dünyanın ən yaxşısıdır. Çünki Messi yad planetlidir. Məncə, insan zövqlə oynayarsa, o zaman ulduz olar. Pulu düşünsən, heç vaxt ulduz ola bilməzsən. Arda da qətiyyən pulu düşünmür. Əgər pulu düşünən olsaydı, Rusiyaya gedərdi. İlinə 10 milyon avro təklif edirdilər, geri çevirdi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30