19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

“Bavariya” yenə dünyanın ən güclüsüdür

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq siyahısını açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, 201 klubun adının yer aldığı siyahıya yenə “Bavariya” (Almaniya) başçılıq edir. “Real” (İspaniya) ikinci, “Barselona” (İspaniya) üçüncü, “Çelsi” (İngiltərə)  dördüncü, “Atletiko” (İspaniya) isə beşincidir. Bu 5 komandanın mövqeyində heç bir dəyişiklik baş verməyib. Ötən ayla mqayisədə 1 pillə irəliləyən “Bazel” (İsveçrə) altıncı, 5 pillə irəliləyən PSJ (Fransa) yeddinci, 11 pillə irəliləyən “Nasional” (Kolumbiya) səkkizinci, 1 pillə geriləyən “Fiorentina” (İtaliya) doqquzuncu, 14 pillə irəliləyən “Lanus” (Argentina) isə onuncudur.

“İlk 20-lik”də həmçinin “Arsenal” (İngiltərə), “Napoli” (İtaliya), “İndependiyente” (Kolumbiya), “Tottenhem” (İngiltərə), “Borussiya” (Dortmund, Almaniya), “Yuventus” (İtaliya), “Benfika” (Portuqaliya), “Atletiko Mineyro” (Braziliya), “Veles Sarsfild” (Argentina) və “Sevilya” (İspaniya) klubları yer alıb.

“Mançester Siti” 24-cü, Ruslan Abışovun çıxış etdiyi “Rubin” 27-ci, “Mançester Yunayted” 39-cu, “Latsio” 43-cü, “Milan” 49-cu, “Ayaks” 70-ci, “Roma” 77-ci, “Liverpul” isə 131-cidir.

Türkiyə təmsilçislərin ən yaxşı nəticə “Trabzonspor”a məxsudur. “Bordo-mavililər” 31-ci pillədə qərarlaşıb. “Qalatasaray” sıralamada 72-ci, “Fənərbaxça” isə 88-ci yeri tutur. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30