19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Xarici futbol

"Çelsi"nin futbolçusu "Fənər"i finalda görmək istəmir

 

"Çelsi"nin futbolçusu Ramires Avroliqanın finalında rəqib qismində görmək istədiyi klubun adını açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, London klubuna transfer olunmamışdan öncə "Benfika"da çıxış edən sambaçı cari mövsüm Avroliqanın finalında məhz sabiq komandası ilə görüşmək istədiyini bildirib: "Yarımfinal mərhələsinin püşkatmasının canlı olaraq izlədim. Təbii ki, "Estadio de Luz"a qayıtmağı istərdim. Orada çox gözəl günlər keçirdim. Amma istəyim baş tutmadı. Buna görə təəssüflənmirəm. Əvəzində finalda "Benfika" ilə görüşmək şansımız var və bunu çox istəyirəm. Lissabon klubundakı futbolçularla münasibətim bugünkü gündə də yaxşıdır və tez-tez bir-birmizlə əlaqə saxlayırıq. Bir sözlə, finalda "Benfika" ilə qarşılaşmağı arzulayıram. Amma təkcə sözlə iş bitmir. Bunun reallaşması üçün böyük səy göstərməliyik. Finala yüksəlmək nə "Çelsi", nə də "Benfika" üçün asan olacaq. "Bazel"lə "Fənərbaxça" yaxşı oyun göstərməyi bacarırlar. Buna görə formalarımız su içində olana qədər mübarizə aparmalıyıq".

Xatırladaq ki, Ramires 2009/10 mövsümündə formasını geydiyi "Benfika"da ölkə çempionu olmaqla yanaşı, həm də Avroliqada yarımfinala kimi yüksəlməyi bacardı.    




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30