Basketbol
Avro-2018 öncəsi ciddi sınaq: “4 Top Nations”
Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal” layihəsi çərçivəsində yazılarını davam etdirir. Layihəmizin bu dəfəki yazısı İranda keçiriləcək “4 Top Nations” turnirinə həsr olunub. Ciddi sınaq öncəsi yığmamızın son durumunu nəzərdən keçirəcəyik.
AVROPA ÇEMPİONATI ÖNCƏSİ LAZIMİ TURNİR
Dekabrın 2-dən 7-dək futzal üzrə Azərbaycan milli komandası İranın İsfahan şəhərində təşkil olunacaq “4 Top Nations” ənənəvi beynəlxaq turnirdə iştirak edəcək. Yığmamızla bərabər yarışda meydan sahibi İran, Qazaxıstan və Rusiya milliləri də iştirak edəcək.
Azərbaycan yığması turnirdəki ilk görüşünü dekabr 3-də İrana qarşı keçirəcək. Ertəsi günü millimiz Rusiya ilə üz-üzə gələcək. Turnirdəki son matçında isə Joze Alesionun komandası Qazaxıstanla üz-üzə gələcək.

MEDALÇI RƏQİBLƏR
Turnirin iştirakçılarının siyahısı onu göstərir ki, millimiz üçün bu yarış faydalı olacaq. Çünki əksər hallarda Azərbaycan yığması ciddi sınaq öncəsi güclü rəqiblərlə yoxlama oyunu keçirmək baxımından problem yaşayır. Odur ki, bu dəfə qitə birinciliyinə 2 ay qalmış belə bir yarışın keçirilməsi çox müsbət haldır. Yığmamızın qarşılaşacağı hər 3 rəqib səviyyəsi ilə seçilir. Rusiyanın gücü hər kəsə məlumdur. Şimal qonşularımız daim iddialılardan olublar. Təsadüfi deyil ki, Rusiya yığması son iki böyük turnirdə - həm Avropa, həm də dünya çempionatında final oynayıb.
İran millisi də son mundialın medalçısıdır. DÇ-2016-da yığmamızla eyni qrupda yer alan İran Kolumbiyada üçüncü yerə sahib çıxıb. Qrupda keçirilən Azərbaycan - İran görüşü 3:3 hesabı ilə başa çatmışdı. Amma həmin nəticə millimizə daha çox sərf edirdi. Çünki bu halda millimiz 1/8 finala qrup ikincisi kimi yüksəldi və Taylanda rəqib oldu. İran isə üçüncü olmaqla 1/8 finalda Braziliya ilə üz-üzə gəldi. Lakin sensasiyaya imza atan İran yığması dünyanın ən güclüsü hesab olunan Braziliyanı məğlub etməklə adından söz etdirdi. Yekun Azərbaycan yığması mübarizəni 1/4 finalda dayandırdığı halda, İran mundialın bürünc medalını qazandı.
Dünya çempionatında Azərbaycan millisi kimi mübarizəni 1/4 finalda dayandıran Qazaxıstan yığması da son Avropa çempionatında üçüncü olub.

HAZIRLIĞA 17 OYUNÇU İLƏ
İranda keçiriləcək turnir öncəsi noyabrın 28-dən dekabrın 1-nə qədər Bakıda Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Baş məşqçi Joze Alesio 4 günlük hazırlıq prosesinə 17 oyunçu dəvət edib. Yığmaya aşağıdakı oyunçular dəvət alıb:
Samir Həmzəyev - EKOL
Emin Kürdov - EKOL
Rövşən Hüseynli - Araz
Anar Məmmədov - Araz
Xətai Bağırov - Araz
Rizvan Fərzəliyev - Araz
Eduardo Mello Borges - Araz
Everton Kardosa - Araz
Karvalho Vilela dos Santos - Araz
Thiaqo Teles Martins - Araz
Qabriel Bastos - Araz
İsa Atayev - Araz
Ramiz Çovdarov - Araz
Villiams Oliveira do Nascimento - Al Dhafra, BƏƏ
Renat Sultanov - Marafon Futsal
Seymur Məmmədov - Marafon Futsal
Nihad İsmayılov - FK.İD.Futsal
ALESSİO “VAXTIMIZ AZDIR” DEYİR
Dekabrın 2-dən 7-dək İranın İsfahan şəhərində təşkil ediləcək “4 Top Nations” beynəlxal turnir öncəsi milli komandamızın baş məşqçisi Joze Alesio Da Silva Bakı İdman Sarayında bu gün media üçün brifinq keçirib.
Millimizin baş ilk öncə turnirə hazırlıqdan danışıb: “Hazırlığa 3 gün əvvəl başlamışıq. Təbii ki, vaxtımız azdır. Bu, Avropa çempionatı öncəsi ilk təlim-məşq toplanışımızdır. Amma əlimizdən gələni edəcəyik. Qarşıda bizi çox ciddi turnir gözləyir. Çünki İranda aparıcı ölkələrin yığmaları ilə üz-üzə gələcəyik. Müsbət məqam odur ki, yığma “Araz”ın bazasında formalaşıb. Digər klublardan da oyunçular dəvət etmişik. Hansılar ki, özlərini çempionat oyunlarında yaxşı tərəfdən göstəriblər. Yenilərə komandanın sistemini izah edirik. Necə hücum etmək lazım gəldiyini, müdafiə olunmağın yollarını. Hələ ki hər şey yaxşı gedir. Narazı qaldığım hansısa məqam yoxdur”.
Yığmamızın çalışdırıcısı heyətlə bağlı da danışıb: “Hazırlıq üçün 17 oyunçuya dəvət göndərmişik. Bəzi oyunçular var ki, çempionat oyunlarında özlərini yaxşı tərəfdən göstərdikləri üçün yığmaya ilk dəfə dəvət alıblar. Həmin oyunçuları məşqlərdə də izləməliyəm. Bu gün və sabah məşqimiz var. Yalnız Bakıdakı hazırlığımızı başa vurduqdan sonra yekun heyəti müəyyənləşdirəcəyəm. Yəqin ki, sabah İran turnirinə yollanacaq 14-lüyü biləcəksiz. 3 oyunçu kənarda qalacaq”.

“VİTALİ BORİSOV ÖZÜ MİLLİYƏ QOŞULMAQ İSTƏMƏDİ”
Alessionun yığmaya dəvət etdiyi oyunçular sırasında yalnız 1 legioner var. Söhbət Birləşmiş Ərəb Əmirliklərinin “Al Dhafra” klubunda çıxış edən Villiams Oliveira Do Nascimento, yaxud qısaca Vassouradan gedir. Legioner həyatı yaşayan yığmamızın milliləşdirilmiş üzvü İrandakı turnirdə də əsas ümidlərdəndir. Alesio Vassouranun milliyə hansı səviyyədə qoşulmasından da söhbət açıb: “O, komanda normal vəziyyətə qatılıb. Bizimlə birgə 3 məşq edib. Hazırlıq prosesində də özünü yaxşı tərəfdən göstərir. Fiziki cəhətdən də yaxşıdır. Yəni əvvəlki ilə müqayisədə durumunda hər hansı dəyişiklik yoxdu. Məni qane edir”.
Yığmaya dəvət almayanlardan biri Vitali Borisovdur. Aparıcı oyunçunun yoxluğu sürpriz oldu. Millimizin çalışdırıcısı bu məsələyə də aydınlıq gətirib: “Vitalini özümüz milliyə dəvət etmədik. Daha doğrusu, o özü millidən kənarda qalmaq istədi. Çünki komandası ilə birgə UEFA Kubokunun Elit raundunda çətin oyunlar keçirib. 3 ağır görüşdən sonra yorğun olduğunu söylədi. Elit raund cəmi 3 gün əvvəl başa çatıb. Bir qədər istirahətə ehtiyac duyur. Üstəlik, kiçik zədəsi də var. Bütün bunları nəzərə alaraq, bizdən vaxt istədi. Təbii ki, Borisov gələcəkdə milliyə kömək edəcək. Vitali çox yaxşı oyunçudur. Ona inamım böyükdür”.
“Araz”ın heyətinə mövsüm öncəsi qoşulan braziliyalılardan bəzilərinin müqaviləsi ilin sonunda bitir. Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov bir neçə gün əvvəl mətbuata açıqlamasında həmin legionerlərlə vidalaşacaqlarını qeyd edib. Lakin yığmamızın çalışdırıcısı bu fikirlə razı deyil: “Bəli, onların müqavilələri dekabrda başa çatacaq. Amma yekun qərar verilməyib. Daha əvvəl də demişəm ki, onların adaptasiya dövrü çətin keçdi. Bu 3 ay ərzində çətinliklə üzləşdilər. Lakin mən gələcək karyeraları ilə bağlı yekun sözümü deməmişəm. Əgər özlərini İrandakı turnirdə yaxşı tərəfdən göstərə biləsələr, qalacaqlar. Onlarla müqavilənin yenilənməsi mümkündür”.
“GÜCLÜ RƏQİBLƏRLƏ OYUNLARA EHTİYACIMIZ VAR”
Millimizin baş məşqçisi yekunda turnirdək gözləntiləri haqda danışdı. Alesio vurğuladı ki, bu turnir komandamız üçün çox faydalı olacaq: “Bu turnir bizim üçün çox faydalıdır. Güclü rəqiblərlə çətin oyunlara ehtiyacımız var. Rusiya çox güclü rəqibdir. Komanda Avropa çempionatında və dünya birinciliyində ikinci yeri tutub. Qazaxıstan son Avropa, İran isə dünya üçüncüsüdür. Bizi çox gərgin oyunlar gözləyir. Praktika baxımından bu turnir bizim üçün faydalı olacaq”.
Alesio gələcək planlardan da söz açıb: “Yanvarın 20-i üçün daha bir təlim-məşq toplanışımız olacaq. Amma hazırlığın ölkə daxilində, yaxud xaricdə olacağı hələ qətiləşməyib. Nə olur olsun, yanvarda mütləq toplanış keçməkiyik. Elə oyunçular var ki, onları iş başında izləməliyəm. Bunun üçün də toplanış mühümdir. Bu haqda AFFA-nın baş katibi Elxan Məmmədovla, eləcə də Zaur Axundovla danışmışıq”.
“İLKİN MƏQSƏD QRUPDAN ÇIXMAQDIR”
Brifinqdə millimizin baş məşqçisi ilə yanaşı, kapitan Rizvan Fərzəliyev də iştirak edib. Təcrübəli oyunçu hazırlığın gedişatı, turnir barədə fikirlərini bölüşüb: “Ayın 28-dən məşqlərə başlamışıq. Elə gün olur ki, 2 dəfə məşq edirik. Toplanış çox yaxşı keçir. Qarşıda bizi ciddi turnir gözləyir. İranda meydan sahibləri ilə yanaşı, Qazaxıstan və Rusiya ilə üz-üzə gələcəyik. Bu yarış bizim üçün çox önəmlidir. Yanvarın sonunda Avropa çempionatında mübarizə aparacağıq. Qitə birinciliyində uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

“Bu heyət Avropa çempionatında uğur qazanmaq üçün kifayət edəcəkmi” sualını Fərzəliyev belə cavablandırıb:
“Deməzdim ki heyətiomiz zəifdi. Komandada yeni oyunçular da var. İnanıram ki, özlərini yaxşı tərəfdən göstərəcəklər. Ən önəmlisi odur ki, bu turnirdə baş məşqçi oyunçuları istədiyi kimi yoxlaya biləcək. Kim hazır olsa, özünü ən yaxşı tərəfdən göstərsə, o da Avropa çempionatına yollanacaq”.
Millimizin kapitanı sonda qeyd edib ki, Avropa çempionatında ilk məqsədləri qrupdan çıxmaqdır:
“Avropa çempionatında İspaniya və Fransa ilə eyni qrupda yer almışıq. İlkin məqsəd ən azından qrupdan çıxmaqdır. Hər iki görüşdə qələbə qazanmaq istəyirik. Düzdür, İspaniya millisinin gücü hər kəsə məlumdur. Dünya çempionatında onlara uduzsaq da, layiqli müqavimət göstərmişdik”.
Hazırladı: İBRAHİM
“Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- "Qarabağ"ın "Xaric segah"ı...
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Barselona" - "Rayo Valyekano" matçında 7 qol
-
17:42
Simon Banzanın yeni klubu bilindi
-
17:05
Azərbaycan - Tacikistan oyununun hakimləri müəyyənləşib
-
16:26
"Naxçıvan"dan növbəti transfer
-
15:39
AFFA I Liqanın 7 klubunu cərimələdi
-
15:13
Çempionlar Liqasının finallarını bu şəhərlər qəbul edəcək
-
14:58
"Araz-Naxçıvan"ı millinin bazasına çevirmək istəyirik"
-
14:44
Astana UEFA Superkuboku matçına ev sahibliyi edəcək
-
14:21
"Zirə" legionerini "Karvan-Yevlax"a icarəyə verdi
-
14:00
AFFA "Kəpəz"i cərimələdi
-
13:37
Azərbaycandan ayrıldı, Kipr klubuna keçdi
-
13:02
“Araz-Naxçıvan”dan yubiley qolu
-
12:55
“Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
12:16
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
-
11:49
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:08
Cəlal oynadı, komandası 1 xal qazandı
-
10:54
"İnter" - "Udineze" matçında 8 qol VİDEO
-
10:31
Abdullazadənin komandası darmadağın oldu
-
10:17
"Roma" 4-də 4 etdi VİDEO
-
10:00
Şeydayevin komandasından əzmkar qələbə
-
00:42
“Fənərbaxça” səfərdə xal itirdi VİDEO
-
20:39
Azərbaycan millisi Moldovaya məğlub oldu
-
19:47
Elvin Camalov “Neftçi”dən getdi
-
18:20
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
-
17:51
Azərbaycan təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandırıb
-
17:16
Boks üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
-
17:03
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
-
16:42
Azərbaycan voleybolçuları U-22 Avropa çempionatında mübarizə aparıblar
-
16:34
Cenk Sümer: “O, bu imzanı yalnız kağıza deyil, həm də qəlblərə atdı!”
-
16:25
“Neftçi” Emil Səfərovla yeni müqavilə imzaladı
-
15:58
"Gəncə"də yeni müqavilə
-
15:37
“Araz-Naxçıvan”ın oyunlarının keçiriləcəyi məkan dəqiqləşib
-
15:19
Hidayət Heydərovun dünya çempionatında iştirakı məşqçilərin qərarından asılı olacaq
-
15:00
Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
-
14:26
"Naxçıvan"dan yeni transfer
-
13:51
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
-
13:33
PSJ "Brest"dən üstün oldu VİDEO
-
13:02
"İmişli"dən "Şəfa"ya
-
12:44
Keyn "Bavariya"ya qələbə qazandırdı VİDEO
-
12:25
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
-
11:58
"Napoli" "Bolonya"ya qalib gəldi VİDEO
-
11:39
Boksçularımız Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
-
11:17
"Yuventus" uduzdu VİDEO
-
11:00
Varkonyi: “Tək “Sabah” yox, “Zirə” və “Neftçi”ni də unutmaq olmaz”
-
10:46
Derbini "Mançester Siti" qazandı VİDEO
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:53
"Barselona" səfərdə qalib gəldi VİDEO
-
09:31
Toral oynadı, "Bursaspor" xal itirdi
-
09:14
"Qalatasaray"dan çətin qələbə VİDEO
-
23:37
Renat Dadaşov Ukraynada debüt etdi
15.09.2026
14.09.2026
13.09.2026
























