Basketbol
“Kim heyəti səhv qurduğumu düşünürsə, oyunlarımızın diskinə baxsın” LAYİHƏ
Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal” layihəsi çərçivəsində yazılarını davam etdirir. Layihə çərçivəsində bu dəfə milli komandamızın və “Araz”ın baş məşqçisi Joze Alesio ilə söhbətləşdik. Müsahibə zamanı braziliyalı mütəxəssis “Araz”ın UEFA kubokundakı uğursuzluğundan, Avropa çempionatına hazırlıqdan, eləcə də ölkə çempionatının hazırkı durumundan danışdı.
“KOMANDANI BU OYUNA KÖKLƏMƏK ÇƏTİN İDİ”
Ölkə çempionatının üçüncü turunda “Araz” debütant “FK.İD.Futsal”la qarşılaşırdı. 7 dəqiqənin sonunda artıq rəqib qapısından 3 cavabsız top keçirən Alesionun komandası yekunda böyükhesablı qələbə qazandı. Braziliyalı mütəxəssis 6:1 hesablı qələbəyə baxmayaraq, oyundan öncə işlərinin heç də asan olmadığını bildirdi: “Yaxşı, nizam-intizamlı oyun göstərdik. Qarşılaşmadan əvvəl komandada əhval-ruhiyyə yaxşı deyildi. Bildiyiniz kimi, UEFA Kubokunda Elit Raunddan kənarda qaldıq. Hamı mərhələ adlamağımızı istəyirdi. Təəssüf ki, bunu bacarmadıq. Bu da uşaqlara mənfi təsir etmişdi. Odur ki, bu oyuna komandanı kökləmək çətin idi. Bununla belə, əlimizdən gələni etdik. Gözəl oyunla qələbə qazandıq”.
Ölkə çempionatında əvvəlki 2 oyundakı qələbəyə baxmayaraq, Alesio komandasından razı qalmadığını bildirmişdi. Bəs bu dəfə necə, oyunçuların çıxışı onu qane etdi?: “Üçüncü oyunda komandadan razı qaldım. Uşaqlar əllərindən gələni etdilər. Bizim məqsədimiz hər zaman maksimum nəticə göstərməkdir”.
“MÜDAFİƏ PLANINDA BİR QƏDƏR ARTIRMAQ LAZIMDIR”
Hazırda yüksək liqada 2 komanda xal itirməyib. “Araz” 3 oyundan sonra 9 xal topladığı halda, “Marafon” 4-də 4 edib. Alesio hazırda 1 oyun az keçirdikləri rəqibin çıxışını belə dəyərləndirib: “Marafon” həqiqətən də yaxşı oynayır. Bu mövsüm onların bir neçə oyunlarını izləmişəm. Komanda yeni olsa da, inamlı təsir bağışlayır. Hazırda bizdən 3 xal qabaqdadırlar. Lakin 1 oyun artıq keçiriblər. Onlara qarşı görüşümüz maraqlı olacaq. Təbii ki, qələbə qazanmaq istəyirik. Son turda oyunçular özlərini yaxı tərəfdən göstərdilər. Sadəcə müdafiə planında bir qədər artırmaq lazımdır. Bəzən adi epizodlarda səhvə yol veririk. Uğur qazanmaq üçün bu problemi həll etməliyik”.
“DAHA 20, 25 QOLLU QƏLƏBƏ QAZANMAQ MÜMKÜN DEYİL”
Braziliyalı məşqçi geridə qalan 4 tur ərzində çempionatın maraqlı keçdiyini bildirir: “Bu il maraqlı çempionat izləyirik. Son turdakı bütün oyunlara baxdım. Hər 3 oyunda gərgin mübarizə getdi. Biz böyükesablı qələbə qazansaq da, rəqib əlindən gələni edirdi. İndi Azərbaycan çempionatı inkişaf edir. Daha 20, 25 qollu qələbə qazanmaq mümkün deyil. Əvvəl bir çox oyunların taleyi ilk 5-10 dəqiqə ərzində həll olunurdu. İndi isə meydanın hər qarışı uğrunda mübarizə gedir. Götürək son turda “Xəmsə” - “Neftçi” oyununu. İlk yarıdan sonra “Neftçi” 2 top fərqi ilə geridə olsa da, qarşılaşmanın gedişatını dəyişə bildi. Bütün bunlar isə çempionatda indi daha maraqlı mübarizənin getdiyinə işarədir”.
“ARAZ” ELİT-RAUNDA NİYƏ YÜKSƏLƏ BİLMƏDİ?
Rumıniyada keçirilən UEFA Kubokunun seçmə mərhələ oyunları “Araz” üçün uğursuz alındı. Təmsilçimiz ilk 2 turda “St. Anrews” və “Mostar”a qalib gəlsə də, son turda Rumıniya çempionu “Deva” ilə bacarmadı. Halbuki meydan sahibləri ilə görüşdə təmsilçimizi heç-heçə də qane edirdi. “Deva” ilə görüşdə heç-heçə qeyd alınsaydı, “Araz” 7 xalla qrup qalibi olaraq Elit-raunda yüksələcəkdi. Lakin çempionumuz 3:6 hesabı ilə uduzmaqla UEFA Kuboku ilə vidalaşdı. Bu nəticəni isə gözlənilməz saymaq olar. Rumıniya Avropanın aparıcı futzal ölkələrindən hesab olunmur. Bu səbəbdən də “Deva”ya məğlubiyyət “Araz”ın passivinə yazılmalıdır.
Alesio Rumıniya çempionunundan alınan yenilginin səbəbini belə izah edir: “2 oyundan sonra gücümüz azalmışdı. Söhbət təkcə ardıcıl oyunlar keçirməkdən getmir. Adicə otelə gedib- gəlmək bizi yorurdu. Oteldən zala gedərkən və geri qayıdarkən yolda ən azı 2 saat itirirdik. Üstəlik, ehtiyat oyunçular skamyamız da qısa idi. Düzdür, ehtiyatda oyunçular var idi. Amma sağ ayaqla oynayan futzalçı ilə bağlı ciddi problem yaşadıq. Bizdə bu mövqedə İsa Atayev və Maikinyo var. Maikinyo ilk 2 turda özünü çox yaxşı tərəfdən göstərdi. Təsadüfi deyil ki, “Deva”ya qədər 2 matçda vurduğumuz 11 qoldan 6-nın müəllifi məhz o idi. Amma “Deva” ilə görüşdən əvvəl ikinci sarı vərəqəsini alaraq cəzalı duruma düşdü. Rumınlarla oyun günü İsanın isə ayağı ağrayırdı. Həlledici matçda onların xidmətindən yararlana bilmədik. Ehtiyatda komandanın oyununu gücləndirə biləcək 2 nəfər qalırdı - Ramiz Çovdarov və Xətai Bağırov. Bir sözlə, işimiz çətin idi. Rəqib də zəif deyildi. İki oyunçunun yoxluğu ilə güclü rəqibə qarşı mübarizə aparmaq və uğur qazanmaq elə də asan deyildi”.
“ƏLİMİN ALTINDA OYUNÇU OLMADIQDAN SONRA NƏ EDƏ BİLƏRƏM?”
Futzal ictimaiyyəti, azarkeşlər arasında Rumıniyadakı uğursuzluğa görə Alesionu tənqid edənlər az deyil. Hətta braziliyalı mütəxəssisin start “dördlüy”ünü səhv qurduğunu iddia edənlər də var. Bununla bağlı sualımıza “Araz”ın çalışdırıcısı belə cavab verdi: “Oyunçu olmayandan sonra nə edə bilərəm? Bayaq sağ ayaqlı oyunçu ilə bağlı yaşanan problemi izah etdim. “Deva” ilə matçda sərəncamımda əsas problem elə sağ ayaqla yaxşı oynamağı bacaran oyunçunun yoxluğu idi. Məşqçi sehrbaz deyil ki, bir toxunuşla bütün problemləri həl etsin. Uğur qazanmaq üçün sərəncamında oyunçu olmalıdı”.
“ALESİO DÜZGÜN HEYƏT QURMAYIB” DEMƏK ASANDI”
Haqqında səslənən ittihamlarla razılaşmayan təcrübəli mütəxəssis sözünə belə davam edir: “Kim heyəti səhv qurduğumu düşünürsə, oyunlarımızın diskinə baxsın. Lazımdısa, oyunların diskini istənilən şəxsə təqdim edə bilərəm. Komandam Rumıniyada heç də pis təsir bağışlamadı. Hətta sonuncu oyunda da zəif oynamadıq. Sadəcə son matçda ortaya problem çıxdı. Mövqe məsələsi çox önəmli idi. “Alesio yaxşı heyət qurmayıb” demək asandı. Amma heyətimizə diqqət edin. Nəzərə almaq lazımdır ki, sol ayaq oyunçularımız çoxdu. 7 nəfər sol, 2 nəfər isə sağ ayaqdı. Sağ cinahda yalnız İsa və Maikinyo oynayır. Maikinyo komandaya 15 gün əvvəl qoşulub. Bununla belə, ilk gündən vurduğu qollarla özündən söz etdirə bilir”.
“İNDİ AVROPA YOX, ÖLKƏ ÇEMPİONATI BARƏDƏ DÜŞÜNÜRÜK”
UEFA Kubokundan kənarda qaldıqdan sonra Alesionun qarşısında duran əsas hədəf futzal millimizin 2018-ci ilin əvvəlində Sloveniyada keçiriləcək Avropa çempionatında uğurlu çıxış etməsidir. Lakin braziliyalı mütəxəssis qeyd edir ki, hazırda onu ölkə çempionatı maraqlandırır: “Sloveniyada keçiriləcək Avropa çempionatı bizim üçün vacibdir. Lakin ölkə çempionatını da unutmaq olmaz. Hazırda məni daha çox daxili birincilik maraqlandırır. Çünki biz növbəti mövsüm də UEFA kubokunda çıxış etmək üçün ölkə çempionu olmalıyıq. Bu il Avropada istədiyimiz nəticələri ala bilmədik. İnanıram ki, gələn mövsüm hər şey fərqli olacaq”.
“BƏLİ, ÜZƏRİMDƏ TƏZYİQ OLACAQ”
Sloveniyada keçiriləcək Avropa çempionatına 3 aydan bir qədər artıq vaxt qalıb. Hələlik millimizin qitə birinciliyi öncəsi planları təsdiqlənməsə də, Alesio məsul yarışa yüksək səviyyədə hazırlaşacaqlarını düşünür: “Avropa çempionatında çətin qrupda yer almışıq. İspaniyanın gücü hər kəsə məlumdur. Fransa da “asan yem” olmayacaq. Pley-offa Xorvatiyanı mübarizədən kənarlaşdıran kollektivə hörmətlə yanaşmaq lazımdır. Hazırda Fransa haqda məlumat toplayırıq. Bu komandanı hərtərəfli öyrənməliyik. Hazırlıqla bağlı hər hansı problemlə üzləşəcəyimizi düşnmürəm. İlin sonunda Rusiya yığması ilə səfərdə 2 yoxlama oyunu keçirməyimiz planlaşdırılır. Eləcə də Avropa çempionatından öncəsi Xorvatiyada turnirə qatılmağı planlaşdırırıq. Alınsa, elə Sloveniyaya da birbaşa oradan yollanacağıq”.
Alesionun qayıdışından sonra “Araz”ın UEFA Kubokunda uğurlu nəticə qazanacağına inam böyük idi. Lakin daha əvvəl də qeyd etdiyimiz kimi, çempionumuz istənilən nəticəni qazana bilmədi. İndi isə qarşıdan Avropa çempionatı gəlir. Ardıcıl ikinci uğursuzluq Alesionun işini itirməsinə səbəb ola bilər. Görəsən, bu məqam braziliyalı məşqçinin üzərində əlavə təzyiq yaratmır ki?
“Bəli, üzərimdə təzyiq var. Çünki Avropa çempionatında hədəfimiz medal qazanmaqdı. Bunu hamı istəyir. Rumıniyadakı uğursuzluğu unutmalıyıq. İndi irəli baxmaq zamanıdı. Üzərimizdə daha çox çalışmalıyıq. Millinin baş məşqçisi olduğum üçün təkcə “Araz”ın deyil, digər komandaların da oyunlarını izləyirım. Çünki başqa komandaların da heyətlərində millini gücləndirə biləcək oyunçular var. Sloveniyaya ən yaxşı vəziyyətdə yollanmalıyıq. Yaxşı hazırlıq keçməsək, işimiz çətin olacaq”.
“Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
-
18:17
Qazaxda bədii gimnastika üzrə "Grace of Nature" turniri
-
17:36
“Liverpul” “Çelsi”yə rəqib oldu
-
16:52
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə bağlayıb
-
16:28
"Trabzonspor"un yeni baş məşqçisi məlum oldu
-
16:00
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
-
15:43
"Naxçıvan"dan növbəti transfer
-
14:19
Azərbaycan kubokunun finalına bu stadion ev sahibliyi edəcək
-
13:35
Klopp Almaniya millisinin heyətini açıqladı
-
13:04
Litvanın millimizlə oyun üçün heyəti açıqlandı
-
12:41
"Neftçi" amerikalı legioneri heyətinə qatıb
-
11:27
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
10:56
Messi növbəti titulunu qazandı
-
10:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:18
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bəlli olub
-
10:00
"Barselona"dan 7 qollu qələbə VİDEO
-
09:43
Renat oynadı, komandası kubokla vidalaşdı
-
09:29
Elvin Camalov “Qəbələ”yə qayıtdı
-
21:11
“Neftçi” yeni əməkdaşlıq müqaviləsi imzaladı
-
20:42
Emin Mahmudov: “Neftçi”nin 90 illiyində çempion olmasını istəyərdim”
-
20:09
Yaşar Seyidov: “Dinamo” bütün liqalar daxil yeganə komandadır ki...”
-
18:37
"Sumqayıt"ın əsas kapitanı müəyyənləşib
-
18:13
İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək
-
17:58
"Murov Az Terminal" Ayan Məmmədova ilə gücləndi
-
17:25
I Liqada hakim təyinatları
-
17:04
"Gəncə" yoxlama oyununda "Ordu"ya məğlub olub
-
16:46
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
-
16:30
"Neftçi" 1000-ci oyununa çıxacaq VİDEO
-
16:12
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
-
15:59
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
-
15:43
Gimnastlarımız IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
-
15:27
"Naxçıvan"da yeni müqavilə
-
15:08
Azərbaycan stolüstü tennisçiləri Belçikanın açıq çempionatında çıxış edəcəklər
-
14:55
Həsənovun “unutduğu” epizod VİDEO
-
14:34
Varkonyi: “Qarabağ”a gəlmək böyük dəyişiklik idi”
-
14:16
"Kəpəz"in legionerinə millidən dəvət
-
14:00
Naxçıvanda ilk dəfə təşkil olunan Minifutbol Kubokuna yekun vurulub
-
13:41
“Qarabağ”ın oyununun biletləri satışda
-
13:29
Millimiz yenə Moldovaya uduzdu
-
13:12
"Qəbələ"nin yeni baş məşqçisi müəyyənləşdi
-
12:53
Təsdiqləndi: Elçin Məsiyev “Turan-Tovuz”un qapısına penaltini səhv verib VİDEO
-
12:37
Rodriges milli ilə vidalaşdı
-
12:08
“Turan Tovuz” - “Zirə” oyununun biletləri satışa çıxarılıb
-
11:45
"Neftçi" Qəbələ səfərinə hazırlaşır FOTOLENT
-
11:26
"Lans" baş məşqçisi ilə yolları ayırdı
-
10:54
Ronaldonun komandası darmadağın oldu VİDEO
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:19
Azərbaycan millisi Yaponiya ilə qarşılaşacaq
-
10:02
Mahir oynadı, komandası uduzdu
-
09:43
"Real"dan çətin qələbə VİDEO
-
09:20
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
17.09.2026
16.09.2026
























