17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Basketbol

AVRO-2016: “Bakını gülərüzlə tərk edirik”

Danimarkanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Jan Mikaelsen Futbolxeber.az saytına müsahibə verib.

- Qrup mərhələsinin son oyununda nə baş verdi ki, ilk iki turdan sonra 4 xalla lider olan Danimarka millisi 1/4 finaldan kənarda qaldı?

- Son turda bizə qarşı çox güclü komanda oynadı. İngiltərənin heyətində çox yaxşı futbolçular var. Onlar həm fiziki cəhətdən güclüdürlər, həm də çox sürətlidirlər. Oyun ərzində bizə cinahda xeyli çətinlik yaratdılar. Qaşılaşmanın müəyyən hissələrində rəqibdən geri qalırdıq. Amma ümumi götürdükdə, komandamdan razıyam.

- İngiltərəyə 1:3 uduzmaqla qrupda qaldınız. Məğlubiyyətin səbəbini nədə görürsüz?

- Oyunun əvvəlində qol vurmaq üçün 2 gözəl şansımız oldu. Lakin onları dəyərləndirə bilmədik. Matçın əvvəlində hesabı açsaydıq, nəticə fərqli olardı. Fasilədən dərhal sonra qapımızda ikinci qolu gördük. 0:2-dən sonra 1 vursaydıq, bəlkə də meydanı 1 xalla tərk edə bilərdik.

- Sona yaxın artıq paralel keçən görüşdə Fransanın İsveçə qol vurmasına ümid edirdiniz? Çünki Fransa hesabı bərabərləşdirib, meydanı 1 xalla tərk etsəydi, 1/4 finala yüksələcəkdiniz...

- Tamamilə doğrudur. Sona yaxın Fransa millisinin fərqlənməsini gözləyirdik. Buna ümid etsək də, arzumuz reallaşmadı.

- Son çempion Fransanın qrupda qalması sizin üçün sürpriz oldu?

- Çox böyük sürpriz oldu. Fransanın qrupda qalması bir yana, qol vura bilməməsi mənim üçün gözlənilməz nəticədir. Fransanın son turda İsveçə uduzacağını da heç gözləmirdim. Amma futbol sürprizlərlə zəngindir.

- Bakını hansı təəssüratlarla tərk edirsiniz?

- Təəssüratlarımız çox yaxşıdır. Çempionatın təşkilatçılığı çox yüksək səviyyədə idi. Bakını gülərüzlə tərk edirik. Komandam turnirdə yaxşı mübarizə apardı. Çox güclü rəqiblərlə eyni qrupda yer alsaq da, özümüzü sübut edə bildik.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30