20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Basketbol

AVRO-2016: “Yüksək təşkilatçılığa, qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edirəm”

“Çempionatdakı ilk oyunumuzda Avstriya ilə qarşılaşdıq. Sonra Almaniyaya qarşı ağır oyun keçirdik. Buna baxmayaraq, son görüşdə özümüzdə güc taparaq Ukraynanı məğlub etdik”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri Bosniyanın U-17 yığmasının baş məşqçisi Sakib Malkoçeviç deyib.

Malkoçeviç Bakıda keçirilən Avropa çempionatındakı son oyunlarında Ukrayna üzərində əldə etdikləri qələbəni böyük uğur kimi dəyərləndirib: “Ukrayna ilə görüşdən öncə 2 futbolçumuz zədədən əziyyət çəkirdi. Bu məqam bizi qayğılandırırdı. Bütün çətinliklərə baxmayaraq. Komandam meydanda bütün gücünü ortaya qoydu və daim Avropa çempionatının iştirakçısı olan bir kollektivi üstələdi. Qitə birinciliyinin debütantı kimi bu, bizim üçün böyük uğurdur”.

Bonsiya yığmasının çalışdırıcısı ölkəmizdə keçirilən çempionatın təşkilatçılığını yüksək qiymətləndirib: “Yüksək təşkilatçılığa, qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edirəm. Çox gözəl, əminaman ölkəniz var. Bakını çox bəyəndim”.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30