18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Basketbol

AVRO-2016: “Birinci hissədə İtaliya bizdən yaxşı oynadı”

“Oyunun çətin olacağını bilirdik. Buna da hazır idik. Etiraf edim ki, birinci hissədə İtaliya bizdən yaxşı oynadı. Buna görə də fasilədə müəyyən dəyişikliklər etdik”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri İspaniyanın U-17 millisinin baş məşqçisi Santi Denia deyib.

Onun komandası Bakıda keçirilən Avropa çempionatınında İtaliyanı məğlub etməklə 1/4 finala adlayıb: “Finala bərabər görüş idi. Çox vacib qələbə qazandıq və yolumuza davam edirik. Bu, qrupdakı ən mühüm oyun idi. Qrupumuzdakı bütün komandaların 1/4 finala adlamaq şansı qalırdı”.

Denia qeyd edib ki, İtaliya millisi müdafiə yox, hücum futbolu sərgiləyib: “Bəli, “Skuadra Adzurra” müdafiə futbolu ilə seçilir. Amma biz onların 4-5 oyunlarına baxmışdıq. Həmin görüşlərdə də komanda müdafiədə səhvlər buraxsa da, hücumameyilli futbol sərgiləyirdilər. İtaliya yaxşı təşkil olunmuş komandadır. Göstərdiyi oyuna görə rəqibi təbrik edirəm”.

Hesab 2:2 olarkən həyəcanlandığını qeyd edən İspaniyanın baş məşqçisi qeyd edib ki, 1/4 finaldakı rəqibin kimliyi önəm daşımır: “C” qrupunda hər komandanın qrupdan çıxmaq şansı var. 4 komandanın hər biri güclü rəqibdir. Hansısa birini xüsusi qeyd edə bilmərəm”.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30