19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Basketbol

Rövnəq Abdullayev: “Təbriz Həsənovdan necə narazı qala bilərəm?”

AFFA prezidenti Rövnəq Abdllayevin Futbolxeber.az saytına müsahibəsi

- 17 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatındakı son oyununda Şotlandiyanı 1:0 hesabı ilə məğlub etdi. Qarşılaşmadan razı qaldınız?

- Oyun ərzində hər şey yaxşı alındı. Gənclərimiz çox yaxşı oynadılar. Birinci oyunda komanda böyük hesabla uduzmuşdu. Amma həmin yenilgidən sonra komanda özündə güc tapdı. Belçikaya qarşı yaxşı oynadıq. Yekunda 1 xalla kifayətləndik. Bu gün isə 3 xala sahib çıxdıq. Avropa çempionatını komandamız 4 xalla başa vurdu. Bu, heç də pis nəticə deyil. Nəzərə almaq lazımdır ki, Avropa çempionatında ən güclülər mübarizə aparır. Bu qələbə göstərdi ki, U-17 yığmamız düz yoldadır.

- Demək olar ki, komandamızın bəxti gətirmədi? Çünki ilk oyunda Portuqaliya ilə qarşılaşmasaydıq, bəlkə də millimiz qrupdan çıxa bilərdi...

- Razıyam, müəyyən qədər bəxtimiz gətirmədi. Portuqaliya ilə oyunda komandamıza stadiondakı atmosfer də müəyyən təsir göstərdi.

- 3 oyunun hansından daha çox zövq aldınız?

- Udduğumuz oyundan. Bu gün komandanı həqiqət çox bəyəndim. Düzdür, Belçikaya qarşı da yaxşı oynamışdıq. Amma bu gün qalib gəldik və 3 xal qazanmaq hər zaman xoşdur.

- 2020-ci ildə Avropa çempionatına ev sahibliyi edəcəyik. Həmin vaxta qədər güclü yığma formalaşdırmaq mümkün olacaq?

- Bakı qitə çempionatını qəbul edəcək 13 şəhərdən biridir. Biz də həmin yarışa qədər güclü komanda hazırlamalıyıq. Eləcə də Avropa çempionatına vəsiqə qazanmaq lazımdır. 2018-ci ildə dünya çempionatının seçmə mərhələ oyunlarından artıq bu prosesə start verilməlidir.

- U-17 yığmamızın baş məşqçisi Təbriz Həsənovun işindən razı qaldınız?

- Təbii ki. Onun işindən necə narazı qala bilərəm? Komandamız bu gün gözəl qələbə ilə bizi sevindirdi. 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30