25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Basketbol

AVRO-2016: “İspaniya ilə görüşdə də yaxşı oynamışdıq”

“Bizim üçün çox vacib oyun idi. Meydanı mütləq 3 xalla tərk etməliydik. Qələbə bizim üçün həyati önəm daşıyırdı. Komandam bütün gücünü meydanda qoydu və vacib qələbə qazandıq”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri Hollandiyanın U-17 yığmasının baş məşqçisi Kees Van Vonderen deyib.

İtaliya üzərində 1:0 hesablı qələbəni şərh edən holland mütəxəssis əvvəlki matçda heyətlə bağlı problemlər yaşadıqlarını qeyd edib: “İspaniya ilə görüşdə heyətlə bağlı problemlərimiz var idi. Bəzi futbolçular Elit raunddan cəzalı olduqları üçün meydana çıxa bilməmişdilər. Lakin ikinci görüşdə onlar meydanda idilər. Bu da komandamızın oyununa müsbət təsir göstərdi”.

Hollandiyanın çalışdıcırısı ilk matdan fərqli olaraq, Castin Kluyvertin ikinci görüşdə ehtiyatda qalmasına belə münasibət bildirib: “Kim meydana çıxmağa, tam hazırdırsa, ona da şans verirəm. Kluyvertə ikinci hissədə şans verdik, o da özünü yaxşı tərəfdən göstərdi”.

Van Vonderen Bakıda keçirilən Avropa çempionatında komandasının iki turdakı çıxışından razı qaldığını vurğulayıb: “Komandamın hər iki oyundakı çıxışından razıyam. Düzdür, ilk matçda uduzmuşduq. Amma İspaniya ilə görüşdə də yaxşı oynamışdıq. Sadəcə qol epizodlarını dəyərləndirə bilməmişdik”.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30