24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Basketbol

Onların dəstəyinizə ehtiyacı var: gəlin, birgə tarix yazaq!

Bu gün Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatına start veriləcək. Tarixində ilk dəfə olaraq Azərbaycan yığması qitə birinciliyində mübarizə aparacaq. 17 gün ərzində bütün diqqətlər paytaxtımıza yönələcək. Gələcəyin ulduzları böyük futbolda ilk addımlarını məhz Azərbaycanda atacaqlar. Futbolumuz üçün bu, əsl bayramdır.

Bayrama bayram qatmaq üçün isə əksəriyyətimiz bu gün millimizdən Portuqaliya ilə oyunda uğurlu nəticə gözləyirik. Rəqib çox güclüdür. Bunun danmaq olmaz. Portuqaliya yığması U-17-lər arasında ən çox Avropa çempionu olmuş ikinci komandadır. Elio Souzanın komandası təkcə qrupumuzun deyil, turnirin favoritlərindən biridir. Lakin müasir futbolda mümkünsüz heç nə yoxdur. Odur ki, bu gün millimizdən qələbə gözləməyə dəyər. Çətin sınaqda yığmamıza ən çox lazım olan isə azarkeş dəstəyidir. 12-ci oyunçunun dəstəyi yığmamıza əlavə güc verəcək. 40-50 min azarkeşin bir ağızdan komandamıza dəstək olması futbolçularımızın məsuliyyətini də artıracaq.

Dünən keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi Təbriz Həsənov, eləcə də oyunöncəsi son məşqdə yığmamızın üzvləri azarkeşlərdən dəstək gözlədiklərini qeyd etdilər. Bəli, bu gün yığmamızın siz azarkeşlərə ehtiyacı var. Gəlin, komandamızı çətin oyunda dəstəksiz qoymayaq.

Bu gün Azərbaycan yığması azarkeşləri ilə birgə tarix yaza bilər. Bu günə qədər UEFA-nın gənclər arasında yarışlarında tamaşaçı sayına görə rekord 33 mindir. Bakı Olimpiya Stadionunda bu gün yeni rekord qeydə alına bilər. Bunun üçün hər birimiz stadionun yolunu tutmalı, komandamıza dəstək olmalıyıq. Gələcəkdə fəxrlə “UEFA-nın gənclər arasında turnirlərində tamaşaçı sayına görə rekordun qeydə alındığı oyunda mən də stadiondaydım” deyə bilərsiz.

Komandamıza inanmalıyıq. Təbriz Həsənov futbolçularını psixoşloji cəhətdən çox yaxşı hazırlayıb. Dünən məşqdə söhbətləşdiyimiz komanda üzvlərinin hamısı rəqibdən çəkinmədiklərini, Portuqaliyanı məğlub etmək istədiklərini, bu qələbəyə inandıqlarını qeyd etdilər. Qoy, 20:00-da meydana çıxarkən dolu tribunalar onların inamını daha da artırsın. Biz birlikdə güclüyük!

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30