19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Basketbol

“Portuqaliya ilə oyunda qələbəyə köklənmişik”

17 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Fərdi Nəbiyev Futbolxeber.az saytına müsahibə verib.

- Avropa çempionatı artıq start götürür. Hazırlıq prosesi necə keçdi?

- Yaxşı keçdi. Avropa çempionatına tam hazırıq. Portuqaliya ilə oyunu gözləyirik.

- Vacib oyun öncəsi komandada hər hansı bir narahatçılıq var?

- Heç bir narahatçılıq yoxdur. Oyuna hazırıq. Meydana qələbə üçün çıxacağıq. Məqsədimiz qrupdan çıxmaqdır.

- Portuqaliyanın üstün və zəif cəhətləri hansılardır?

- Hər bir komandanın üstün və zəif cəhətləri var. O cümlədən də Portuqaliyanın. Rəqib haqda kifayət qədər məlumatımız var. Çalışacağıq ki, rəqibin zəif nöqtələrindən yarlalanıb, qol vura.

- Oyuna tamaşaçı marağı böyükdür. Stadiondakı ajiotaj sizə təzyiq göstərə bilər?

- Azarkeşlərimizin çox olması müsbət məqamdır. Gəlib, bizi dəstəkləsinlər. Biz də meydanda tam gücümüzlə mübarizə aparacağıq.

- Özünüzü 40 min azarkeş önündə oynamağı hazır sayırsız?

- Komandamız buna hazırdı. Tribunadakılar bizim azarkeşlər olacaq, Portuqaliyanın yox. Ona görə də narahatçılığa əsas yoxdur.

- Təbriz Həsənov Portuqaliyaya qalib gəlmək istədiklərini qeyd etdi. Həmin inam komandada da var?

- Portuqaliya ilə oyunda qələbəyə köklənmişik. Birinci oyunlar hər zaman çətin olur. Amma biz yenə də bütün gücümüzü meydanda qoyub, qələbə qazanmağa çalışacağıq.

- Komandanın aparıcı üzvü kimi, azarkeşlərə qol və ya qələbə vəd edə bilərsən?

- Oyundan qabaq heç nə demək olmur. Əlimdən gələni edəcəyəm ki, meydandan qələbəylə ayrılaq.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30