24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Basketbol

Roman Qriqorçuk: “Azərbaycan - Ukrayna finalına baxmaq istərdim”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Futbolxeber.az saytına müsahibəsində Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatından danışıb.

- Bu gün Bakıda U-17-lər arasında Avropa çempionatına start veriləcək. Sizcə, qitə birinciliyi Azərbaycana nə qazandıracaq?

- Bu çempionat Azərbaycanın imici baxımından çox önəmlidir. Azərbaycan böyük turnirləri yüksək səviyyədə keçirmək bacarığını bir daha nümayiş etdirmək imkanı qazanacaq. Avropa çempionatı idman aləmi üçün böyük hadisədir.

- Bəs, Azərbaycan futbolunun bu turnirdən qazancı nə olacaq?

- Təbii ki, belə bir yarışa ev sahibliyi etmək çox müsbət məqamdır. Ölkə futbolunun gələcək inkişafı baxımından turnirin əhəmiyyəti böyükdür. Azərbaycanın həm ölkə olaraq, həm də futbol baxımından bu çempionatdan böyük fayda götürəcəyini düşünürəm.

- Portuqaliya, Şotlandiya və Belçika ilə mübarizədə yığmamızın şansını necə dəyərləndirirsiz? Qrupdan çıxmaq mümkün olacaq?

- Şanslar barədə danışmaq, hansısa proqnoz vermək istəməzdim. Gənclərə uğurlar arzulayıram. Meydana inamla çıxsınlar və tam gücləri ilə mübarizə aparsınlar. Bu halda uğur qazanmaq mümkün olacaq.

- Futbolda böyük təcrübəyə sahibsiniz. Çempionat öncəsi azərbaycanlı gənclərə hansı məsləhəti verə bilərsiz?

- Hazırda komanda üzvlərinə inam lazımdı. Onlar gələcəklərini düşünməlidirlər. Futbolda uğur qazanmaq üçün nə lazımdır? Düzgün işləmək. Üstəlik, dünya görüşü də formalaşmalıdır. Komandanın hər bir üzvü gəncdir və özlərinə inanmalıdırlar. Qarşındakı rəqibin heç bir fərqi yoxdur, yetər ki, sən öz oyununu sərgilə. Nəyə görə qələbə qazanmasınlar? Rəqib istər Portuqaliya olsun, istər bir başqası. Meydana istənilən halda qələbə üçün çıxmaq lazımdır.

- Hazırda U-17-nin düşərgəsində olan “Qəbələ” üzvlərini stimullaşdırmaq üçün nəsə vəd edə bilərsiz? Məsələn, özünü yaxşı tərəfdən göstərəcək futbolçunun əsas komandanın məşqlərinə cəlb olunması kimi...

- Buna ehtiyac yoxdur. Çünki “Qəbələ”nin gənc futbolçuları onsuz da daim diqqətimizdədirlər. Fərid Nəbiyev, Cavidan Qurbanlı, Murad Popov - hər biri istedadlı oyunçulardı. Murad dəfələrlə əsas komandanın hazırlıq prosesində iştirak edib. Sadəcə, tez-tez xaricdə səfərdə olduqları üçün onları mütəmadi olaraq əsas komandanın məşqlərinə dəvət edə bilmirik.

- Bakıda olacağınız müddətdə, hansısa oyunları - Azərbaycan, yaxud Ukrayna yığmasının görüşlərini stadiondan izləmək fikriniz var?

- Çempionatın əksər oyunlarına baxacağam. Lakin daha çox videoyazıları izləyəcəm. Çünki bütün görüşlərə stadiondan baxmaq imkanım yoxdur. Amma ən azı 1-2 matça baxmağı düşünürəm. “Neftçi” ilə kubokun cavab oyunundan sonra bir həftə ərzində Bakıda hazırlıq keçəcəyik. Həmin vaxt mütləq çempionatın hansısa görüşlərini izləyəcəyəm.

- 1/4 final, yaxud 1/2 finalda Azərbaycan - Ukrayna qarşıdurmasına tamaşa etmək istərdiniz?

- Əslində, Azərbaycan - Ukrayna finalına baxmaq istərdim. Lakin bu, mümkün deyil. Sizin də qeyd etdiyiniz kimi, 2 ölkə ya 1/4, ya da 1/2 finalda üz-üzə gələ bilər. Istənilən halda, Azərbaycan - Ukrayna görüşünə baxmaq maraqlı olardı.

- Bir anlıq təsəvvür edək ki, Avropa çempionatının finalında Azərbaycan Ukrayna ilə qarşılaşır. Hansı komandanın qalib olmasını istərdiz?

- Ukraynanın. Çünki Ukrayna mənim vətənimdir.

- Səmimi cavabınıza görə təşəkkür edirəm.

- Buyurun.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30