26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Basketbol

AVRO-2016: “Bakıda məni skautlar yox, ölkəmin uğuru maraqlandırır” (MÜSAHIBƏ)

İsveçin 17  yaşadək futbolçulardan ibarət milli komandasının kapitanı Jozef Kolley Futbolxeber.az saytına müsahibə verib.

- Bakıdakı Avropa çempionatından nə gözləyirsiz?

- Bu turnir gənclərin inkişafı baxımından çox önəmlidir. Çempionatda çox güclü komandalar iştirak edir. Azarkeşləri bir-birindən maraqlı qarşılaşmalar gözləyir.

- Komandanızın yer aldığı qrupu necə dəyərləndirərdiz?

- Çox yaxşı qrupumuz var. Rəqiblərin hamısı güclüdür. Amma bu komandaların hər biri ilə oynamaq olar. Gücümüz buna imkan verir.

- İsveç millisi Avropa çempionatında nəyə ümid edir?

- Hər bir komanda kimi bizim də şansımız var. Çalışacağıq ki, bu fürsətdən yararlanaq. Rəqiblərimiz güclü olsalar da, ən yaxşı nəticə qazanacağımıza ümid edirəm.

- Avropa çempionatını Avropanın bir sıra klublarının skautları canlı izləyəcək. Bu məqam motivasiyanızı daha da artırır?

- Başqalarını deyə bilmər, öz adımdan danışıram. Bakıda məni skautlar yox, ölkəmin uğuru maraqlandırır.

- Turnirə ev sahibi kimi qatılan Azərbaycan yığması haqda hər hansı bir məlumatınız var?

- Sözün açığı, komandanızı yaxından tanımıram. Hazırda qrupdakı rəqiblərimiz haqda məlumat toplayırıq.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30