25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Basketbol

Millimizin üzvü: “Xəyallarımız, arzularımız var, çempion olmaq istəyirik”

17 yaşadək futbolçulardan ibarət milli komandamızın və “Beşikaş”ın yarımmüdafiəçisi Mətin Gülər Futbolxeber.az saytına müsahibə verib.

- Avropa çempionatının startına 1 gün qalıb. Komandamızın hazırlıq prosesini necə dəyərləndirərdin?

- Hazırlıqlarımız çox yaxşı gedir. Komanda aprelin 18-dən məşqlərə başlayıb. Mən isə 2 gün sonra düşərgəyə qatıldım. Hər şey yolundadır. Komandanın düşərgəsində xeyli sayda futbolçu var idi. Yekunda baş məşqçi “18-liy”i müəyyənləşdirdi. Mən də bu siyahıda yer aldım. Buna görə də çox şadam.

- Heyətdən kənarda qala biləcəyindən ehtiyatlanırdın?

- 2 ildir Azərbaycan millisində çıxış edirəm. Amma Avropa çempionatı öncəsi heyətə yeni oyunçular qatıldı. Hər kəsin heyətdən kənarda qalmaq ehtimalı var idi. Yekunda heyətə düşə bildim.

- Millimizə cəlb olunan yeni futbolçulardan Atlam Ege də sənin kimi “Beşiktaş”da forma geyir. Onun oyunu haqda fikirlərin necədir?

- Əvvəlcə onu deyim ki, yeni gələn oyunçuların hər biri komandamıza kömək edəcək səviyyədədirlər. O ki qaldı, Atlam Egeye, o da ilk başda həyəcanlı idi. Yekunda heyətə düşdü və komandamızın uğuru üçün əlindən gələni edəcək.

- Azarkeşlər sizdən Portuqaliya ilə oyunda qəıləbə gözləyə bilərlər?

- Təbii ki. Nəyə görə Portuqaliyanı məğlub etməyək? 1 oyundur və meydanda hər şey ola bilər. Hər birimizin xəyalları, arzuları var, çempion olmaq istəyirik. Əlimizdən gələni edəcəyik ki, istəyimizə çataq.

- Portuqaliyanın oyununu izləmisiz?

- Bəli, izləmişik.

- Hansısa oyunçunu fərqləndirə, üstünlüklərini qeyd edə bilərsən?

- Konkret hansısa oyunçuları fərqləndirmək istəməzdim. Rəqibi analiz etmişik, zəif və üstün cəhətlərini bilirik.

- “A” qrupunun favoriti hansı komandadır?

- Hər zamankı kimi Azərbaycan deyəcəyəm. Rəqiblərimiz güclüdürlər, bunu danmaq olmaz. Yenə də qrupdan çıxmaq üçün sona qədər mübarizə aparacağıq.

- Türkiyədə sənə və Azərbaycan yığmasına maraq necədir?

- Dostlarım, məşqçilərim mənə daim dəstək olurlar. Avropa çempionatını onlar da diqqətdə saxlayacaqlar. Hər kəs çempionatı və Azərbaycan yığmasının oyunlarını həyəcanla izləyəcək.

- U-17 millimizin son qolunu Rusiya ilə görüşdə sən vurmusan. Sabahkı oyunda da azarkeşlərə qol söz verə bilərsən?

- Əlbəttə. Meydana çıxarkən komandanın uğuru üçün hər şey edəcəm. Qol vurub komandama fayda vermək istəyirəm. 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30