16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Basketbol

Portuqaliyanın kapitanı: “Məqsədimiz Azərbaycanı məğlub etməkdir”

“Avropa çempionatının bir parçası olmaq qürurvericidir. Hazırda Azərbaycanda olduğumuz üçün şadıq”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri Portuqaliyanın U-17 millisinin kapitanı Dioqo Keyruş deyib.

Mayın 5-də Bakıda keçiriləcək Avropa çempionatı hgaqda danışan gənc futbolçu, hədəflərinin çempionluq olduğunu vurğulayıb: “16 komandanın hər biri çempion olmaq istəyir. Bizim də məqsədimiz kuboku qazanmaqdır. Təbii ki, bu, asan olmayacaq. Amma sona qədər mübarizə aparacağıq”.

Keyruş birsigün Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan da söz açıb: “Azərbaycan yığması haqda məlumatımız var. Rəqibin bizə hansı problem yarada biləcəyindən xəbərdarıq. Baş məşqçimiz lazımi məlumatları verib”.

Portuqaliyanın kapitanı yığmamızı məğlub etməyə çalışacaqlarını vurğulayıb: “Azərbaycana hörmətlə yanaşırıq. Rəqibi qiymətləndirməməkdən söhbət gedə bilməz. Lakin məqsədimiz qələbədir. Turnirə 3 xalla başlamaq istəyirik”.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30