20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Basketbol

Şotlandiyanın baş məşqçisi: “Azərbaycanın oyununu görməmişəm”

Avropa çempionatında yığmamızla eyni qrupda yer alan Şotlandiyanın U-17 millisinin baş məşqçisi Skot Qemmill Futbolxeber.az saytına müsahibə verib.

- Avropa çempionatının startına artıq bir neçə gün qalıb. Şotlandiya yığması qitə birinciliyinə nə dərəcədə hazırdı?

- Komandamızın üzvləri öz klublarında ölkə birinciliyində çıxış edirlər. Biz yalnız aprelin 30-da bir araya gəldik və ertəsi günü Bakıya üz tutduq. Ona görə də hansısa hazırlıq keçməmişik.

- Azərbaycan millisi haqda hansı məlumatlarınız var?

- Hazırda bütün diqqətimizi Belçikaya qarşı keçirəcəyimiz ilk oyuna yönəltmişik. Ona görə də açıq deyim ki, indi Azərbaycanla oyunu düşünmürəm. Rəqib haqda məlumatsızam. Yalnız Belçika ilə görüşdən sonra bu barədə fikirləşmək olar.

- Şotlandiya millisinə Azərbaycan - Portuqaliya görüşündə hansı nəticə sərf edir?

- Portuqaliya yığmsı çox güclüdür. Heyətlərində yaxşı futbolçular var. Bu komanda turnirin ən güclülərindən biridir. Amma Azərbaycan millisinin oyununu görməmişəm. Ona görə dəqiq fikir yürütmək olmaz.

- Portuqaliya yığmasının “A” qrupunun əsas favoriti olması fikri ilə razısız?

- Bəli, razıyam.

- Bəs, çempionatın favoritləri hansı komandalardı?

- Normalda favoritlər daim eyni ölkələr favorit olur. Ötən il Fransa çempion olub. Bu komanda ilə yanaşı, Almaniya, Ingiltərə, Hollandiya yığmaları da daim yaxşı  çıxış edirlər. Bu komandaların hamısı yaxşı heyətə malik olurlar.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30