20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Basketbol

Millət vəkili azarkeşlərə səsləndi: “Avropa çempionatında yığmamızı dəstəkləmək borcumuzdur”

Millət vəkili Fazil Mustafa 5-21 may tarixlərində Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatı ilə bağlı Futbolxeber.az saytına müsahibə verib.

- 17 yaşadək futbolçular arasında Avropa çempionatının ölkəmizdə keçirilməsi Azərbaycan futboluna nə verəcək?

- Avropa çempionatı kimi mötəbər yarışın keçirilməsi ilk növbədə ölkənin nüfuzu üçün vacib hadisədir. İstər-istəməz bu yarış Azərbaycanın futbol həyatında da bir canlanma yaradacaq. Uşaqların idmanın bu növünə marağını artıracaq. Əgər millimiz turnirdə uğurlu çıxış edərsə, bu, futbolun inkişafına da ciddi təkan verə bilər. Bütün hallarda bu çempionata Azərbaycanda futbolun və futbolçuların problemlərinə də, müəyyən çatışmazlıqlara da diqqət yetirmə fürsəti kimi baxılmalıdır.

- Portuqaliya, Şotlandiya və Belçika ilə eyni qrupda yer alan yığmamızın şanslarını necə dəyərləndirirsiz?

- Qrupdakı rəqiblərimiz kifayət qədər güclüdür və uşaq-yeniyetmə futbolunun inkişaf etdiyi məkanları təmsil edirlər. Ona görə də şansımızın yüksək olduğunu söyləmək çətindir. Buna baxmayaraq, yığmamız uduzsa belə, əsas vəzifə fədakar oynamaqdır. O zaman futbolçularımız da tamaşaçıları nəticədən asılı olmayaraq məmnun edərlər.

- Avropa çempionatının oyunlarını, xüsusən də Azərbaycan millisinin matçlarını canlı izləməyi düşünürsünüzmü?

- Əlbəttə, fürsət olarsa, mütləq bu oyunları izləyəcəyəm. Çünki, hansı durumda olmasına baxmayaraq, bu, bizim millimizdir və onları dəstəkləmək borcumuzdur.

- Fazil bəy, siz hər zaman idmançılarımızı dəstəkləmisiz. Avropa çempionatından öncə komandamıza dəstək olmaq üçün futbolçularla, komandayla hər hansı bir görüş keçirməyi?

- Belə bir gürüşün olması mümkündür. Ancaq futbolçularımız öz işlərini və məsuliyyətlərini bizlərdən daha yaxşı bilirlər və əminəm ki, əhval-ruhiyyələri yüksək olacaq və əllərindən gələni ortaya qoymağa çalışacaqlar.

- Azarkeşlərin stadiona gəlib, futbolçularımızı, millimizi dəstəkləməsi üçün hər hansı bir çağırış edə bilərsinizmi?

- Düşünürrəm ki, vaxtı və imkanı çatan hər kəs millimizə dəstək verməkdən çəkinməməlidir. Xüsusilə də ictimaiyyət tərəfindən tanınmış şəxslərin bu dəstəyinə ciddi ehtiyac var. Mən bütün futbolsevərləri millimizi dəstəkləməyə dəvət edirəm.

 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30