28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Basketbol

Ukrayna millisinin baş məşqçisi: “Kim deyir ki, Azərbaycanla qarşılaşacağıq?”

Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatında iştirak edəcək Ukrayna yığması artıq paytaxtımızdadır. Ukraynalıların baş məşqçisi Aleksandr Petrakov hava limanında Futbolxeber.az saytının suallarını cavablandırıb.

- Sonuncu dəfə Bakıda olarkən Avropa çempionatında çıxış etmək arzusunda olduğunu qeyd etmişdiniz. Artıq arzunuz həyata keçdi. Təəssüratlarınız necədir?

- Yenidən bura qayıtdıq. Buna görə çox şadam. Avropa çempionatında oynamağı çox istəyirdik. Məqsədimizə də çatdıq.

- Komandanız Bakıya gəlməmişdən öncə Antalyada hazırlıq keçib. Toplanışdan razı qaldınız?

- Hazırlıq prosesimiz çox yaxşı keçdi. Toplanışdan məmnun qaldım. Futbolçular məşqlərdə özlərini yaxşı tərəfdən göstərdilər.

- Antalyada yoxlama oyunu keçirdiniz?

- Bəli, yoxlama oyununda qüvvəmizi sınadıq. “Antalyaspor”un U-19 komandası ilə qarşılaşdıq və 1:0 hesablı qələbə qazandıq.

- Avropa çempionatı öncəsi son yoxlama oyununu Azərbaycana qarşı keçirəcəksiniz.

- Azərbaycanla? Yox, belə bir plan yoxdur. Nə oyun? Bunu kim deyir?

- Yoxlama oyununun keçirilməsi haqda məlumatımız var.

- Məndə bu haqda heç bir informasiya yoxdur.

- Avropa çempionatından nə gözləyirsiz?

- Avropa çempionatı futbol bayramıdır. Hər futbol adamı bu turnirdə iştirak etməyi arzulayır. Mən də həyatımı futbola həsr etmişəm. Komandamla birgə bu bayramın parçası olmaq üçün Bakıya gəlmişik.

- Qrupdakı rəqibləriniz haqda nə deyə bilərsiz?

- Hansısa rəqibi fərqləndirməyəcəyəm. Hesab edirəm ki, qrupda hamının şansı bərabərdir. Ümumiyyətlə, turnirdə çıxış edən 16 komandanın hər birinin üstün cəhətləri var.

- Turnirin favoriti qismində hansı komandanı görürsüz?

- Ad çəkmək istəmirəm. U-17-lərin mübarizəsində aşkar favorit yoxdur. 16 komanda arasında favorit seçmək çətindir.

- U-17-lərin Avropa çempionatı dünya futboluna ulduzları bəxş edən ilk turnir hesab olunur. Bu gün Ukrayna millisində gələcəkdə Runi, Fabreqas, Poqba kimi ulduza çevrilmək potensialı olan futbolçu var?

- Komandamdan hansısa futbolçunu fərqləndirmək istəmirəm. Ukrayna millisi komanda şəklində güclüdür. Qazandığımız uğurlar da bütün komandanın əməyinin bəhrəsidir.

- Ukrayna millisinin turnirdəki məqsədi nədən ibarətdir?

- Məqsədimiz yaxşı oyun sərgiləməkdir. Azarkeşlərimizi sevindirmək istəyirik. Ölkəmizin adını uca tutmaq üçün əlimizdən gələni edəcəyik.

Söhbətləşdi: İBRAHİM

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31