28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Basketbol

AVRO-2016: İtaliya yığması Bakıya 28 nəfərlə gəlir

Mayın 5-21-i aralığında Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının daha bir iştirakçısı heyətini açıqlayıb. Futbolxeber.az saytının məlumatına görə, təlim-məşq toplanışına start verən İtaliya yığmasına 25 oyunçu dəvət edilib.

Baş məşqçi Alessandro dal Kanto mayın 1-nə qədər futbolçuların hazırlıq durumu ilə tanış olacaq. Məhz həmin gün 18 nəfərlik yekun heyət müəyyənləşəcək və mayın 3-də komanda Azərbaycana yola düşəcək. “Skuadra Adzurra” 18 oyunçu, məşqçi və texniki heyət daxil olmaqla, ümumilikdə 28 nümayəndə ilə Bakıya gələcək.

İtaliya yığmasının ilkin heyəti belədir:

Qapıçı: Domeniko Koppola (“Torino”), Qabriel Manuel Meli (“Empoli”), Alessandro Plitsari (“Milan”)

Müdafiəçilər: Alessandro Bastoni (“Atalanta”), Raoul Bellanova, Matteo Qabbia (hər ikisi “Milan”), Edoardo Byanki, Alessandro Tripaldelli, Cianmaria Zanandrea (hamısı “Yuventus”), Luka Pelleqrini (“Roma”), Karmine Setola (“Çesena”), Federiko Valietti (“İnter”)

Yarımmüdafiəçilər: Fabritsio Kaliyara (“Yuventus”), Kristian Kapone, Alessandro Mallamo, Filippo Meleqoni (hamısı “Atalanta”), Davide Frattesi, Andrea Markukki (hər ikisi “Roma”), Alessio Militari (“Fiorentina”), Marko Olivieri (“Empoli”)

Hücumçular: Qabriele Qori (“Fiorentina”), Bioti Moyse Kin (“Yuventus”), Pietro Pelleqri (“Cenoa”), Andrea Pinamonti (“İnter”), Canluka Skamakka (“PSV Eyndhoven”, Hollandiya).

Qeyd edək ki, D qrupunda yer alan İtaliya millisi mayın 6-da Serbiya, 9-da Hollandiya və 12-də İspaniya ilə qarşılaşacaq. İtalyanların hər 3 görüşü “Qarabağ” stadionunda baş tutacaq.

Mənbə: apasport.az

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31