20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Basketbol

AVRO-2016: “Xalqımızın qarşısında oynayarkən nədən qorxmalıyıq ki?”

“Təbriz Həsənov bizə çox şey öyrədib. Onun bütün tapşırıqlarını yerinə yetirməyə və məsləhətlərini dinləmyə çalışırıq. Komandada hər kəs onu sevir və hörmət edir. Bir sözlə, baş məşqçiyə qarşı münasibət çox yaxşıdır”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Fərid Nəbiyev deyib.

UEFA-nın rəsmi saytına müsahibə verən “Qəbələ”nin yarımmüdafiəçisi Avropa çempionatında qrupdan çıxacaqlarına inandıqlarını bildirib: “Yer aldığımız qrupla bağlı əvvəldən proqnoz vermək çətindir. Lakin biz qrupdan çıxacağımıza inanırıq. Bunun üçün nə lazımdırsa, edəcəyik. Çempionatdakı ilk oyunumuzda Portuqaliya ilə qarşılaşacağıq. Bu oyunun digərlərindən böyük fərqi yoxdur. Qorxumuz yoxdur. Doğma divarlar və azarkeşlər bizim üstünlüyümüzdür”.

F. Nəbiyev qeyd edib ki, doğma azarkeşlər önündə oynamaq onlar üçün problem olmayacaq: “Portuqaliya ilə oyuna 30-40 min azarkeşin gəlməsi bizim üçün problem olmaz. Xalqımızın qarşısında oynayarkən nədən qorxmalıyıq ki? Azarkeşlərin dəstəyinə ehtiyacımız var. Hər kəsi stadiona, bizə dəstək olmağa çağırıram”.

“Avropa çempionatında azarkeşlər sizdən hansı nəticəni gözləyirlər” sualını gənc futbolçu belə cavablandırıb: “Fanatlar oyunun statusundan və rəqibin kimliyindən asılı olmayaraq, hər zaman qələbə gözləyirlər. Amma Avropa çempionatının səviyyəsini unutmaq olmaz. Bizim belə turnirlərdə təcrübəmiz çatışmır. Azarkeşlər bizdən inamlı oyun və qrupdan çıxmağımızı gözləyirlər”.

Futbolda ilk addımlarını 6 yaşında “Ağstafa”da atdığını deyən Nəbiyev, azarkeşlik etdiyi klubun adını da açıqlayıb: “Mənim ilk məşqçim Mahir Mustafayev olub. Azərbaycanda sevimli klubum “Qəbələ”dir. Başqa cür də ola bilməz. Çünki bu klubun formasını geyirəm. Avropada isə “Barselona”ya azarkeşlik edirəm”.

Millimizin üzvü qitə birinciliyi zamanı ölkəmizə gələcək turistlərə getməli olduqları məkanlarla bağlı məsləhət də verib: “İlk öncə Dənizkənarı Bulvarın adını çəkə bilərəm. Mən özüm də orada gəzməyi xoşlayıram. Bulvarın yanında yerləşən Qız qalası və İçərişəhəri də mütləq görmək lazımdır. Digər şəhərlərdən isə Şəki, Gəncə və Qəbələnin adını çəkərdim. Şəki öz mətbəxi ilə seçilir. Buranın pitisi, halvası çox məşhurdur. Qəbələdə son illər yüksək səviyyəli əyləncə mərkəzləri, otellər inşa olunub. O ki qaldı Gəncəyə, bu, ölkəmizin ikinci ən böyük şəhəri, məşhur şair Nizami Gəncəvinin vətənidir. Oranın təbiəti çox gözəldir - dağlar, meşə, göllər, çaylar. Bu gözəllikləri sözlə ifadə etmək çətindir”.

Hazırladı: İBRAHİM

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30