23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Basketbol

AVRO-2016: 26-cı ev sahibi olan Azərbaycan üçün 6 nümunə

5-21 may tarixlərində Bakıda 17 yaşadək futbolçular arasında növbəti Avropa çempionatı keçiriləcək. Futbolxeber.az saytının məlumatına görə, UEFA-nın təşəbbüsü ilə keçirilən bu yarış ilk dəfə 1982-ci ildə baş tutub. 2001-ci ilə qədər turnir 16 yaşadək futbolçular arasında keçirilib.

AZƏRBAYCAN - 26-CI EV SAHİBİ

1982-ci ildə baş tutan ilk Avropa çempionatına İtaliya ev sahibliyi edib. Bu günə qədər keçirilən 33 qitə birinciliyi 25 müxtəlif ölkədə təşkil olunub. Rekord Almaniyaya məxsusdur. Bu ölkədə 4 dəfə (1984, 1990, 1997, 2009) Avropa çempionatı baş tutub. İtaliya, Fransa, Danimarka, Türkiyə və Belçikanın hər biri 2 dəfə qitə birinciliyini qəbul edib. Macarıstan, Yunanıstan, İspaniya, İsveçrə, Kipr, İrlandiya, Avstriya, Şotlandiya, Çexiya, İsrail, Ingiltərə, Portuqaliya, Lüksemburq, Lixtenşteyn, Serbiya, Sloveniya, Slovakiya, Malta və Bolqarıstan da hərəyə bir dəfə bu yarışa ev sahibliyi edən ölkələrdir.

7-Cİ OLA BİLƏRİKMİ?

Bu günə qədər baş tutan 33 Avropa çempionatında yalnız 6 dəfə ev sahibi komanda turnirin qalibi olub. İlk belə uğura elə debüt çempionatında İtaliya nail olub. 2 il sonra Almaniya (AFR) da ev sahibliyi etdiyi qitə birinciliyində çempionluğa sahib çıxıb. 1988-ci ildə İspaniya, 2003-cü ildə Portuqaliya, 2004-cü ildə Fransa və 2009-cu ildə Almaniya ev sahibi kimi çempion olublar. Göründüyü kimi, Almaniya ev sahibliyi 2 turnirdə qızıl medalları özü qazanıb.

İSPANİYA HƏM ÇEMPİONLUQ, HƏM DƏ MEDAL SAYINDA LİDERDİR

Bu günə kimi 13 müxtəlif komanda Avropa çempionu tituluna sahib çıxıb. Bu baxımdan rekord yarışın 8 qat qalibi İspaniyaya məxsusdur. Millimizin qrupdakı ilk rəqibi olan Portuqaliyanın aktivində 5 qızıl medal var.

Almaniya (AFR) və Rusiya (SSRİ) hərəyə 3, Hollandiya, İngiltərə, Türkiyə və Fransa isə hərəyə 2 dəfə çempion olublar. Daha 5 komanda - İtaliya, Çexiya (Çexoslovakiya), Polşa, İsveçrə və İrlandiyanın hər biri isə 1 dəfə qızıl medallara sahib çıxıblar.

3 dəfə yarışın qalibi olan Almaniya finalda ən çox uduzan komandadır - 6 dəfə. İspaniya 5, Fransa və İtaliya 4, Hollandiya 3, Rusiya və Çexiya 2, Portuqaliya, İngiltərə, Polşa, Yunanıstan, Avstriya, Yuqoslaviya və Danimarkanın hər biri də 1 dəfə gümüş medalçı olublar. Bürünc medallarda da Almaniya liderdir. Bundestimin aktivində 4 bürünc medal var. 3 dəfə ispanlar, hərəyə 2 dəfə İngiltərə, Fransa və İtaliya, hərəyə 1 dəfə isə Portuqaliya, Rusiya, Hollandiya, Çexiya, Polşa, Yunanıstan, Avstriya, Yuqoslaviya, Xorvatiya, İsrail və Ukrayna bürünc medala sahib çıxıb.

2007-ci ildən etibarən Avropa çempionatlarında üçüncü yer uğrunda görüş keçirilmir. Son 9 yarışda Portuqaliya, Rusiya, Hollandiya, İngiltərə, Türkiyə (2 dəfə), Fransa (2 dəfə), İtaliya, Polşa, İsveçrə, Danimarka, Belçika (2 dəfə), Gürcüstan, Slovakiya, İsveç və Şotlandiya yığmaları yarımfinalda məğlubiyyət acısı yaşayıblar.

RUNİ, FABREQAS, NURİ ŞAHİN, KROSSUN DAVAMÇISI KİM OLACAQ?

2002-ci ildə Danimarkada təşkil olunan yarışdan etibarən Avropa çempionatının “Qızıl oyunçusu” seçilir. Bu günə qədər 14 belə futbolçu fərqlənib ki, onlar arasında hazırda dünya futbolunda ulduz hesab olunan oyunçular da var. Ən yaxşı seçilənlərin siyahısını təqdim edirik:

2002 - Ueyn Runi (İngiltərə)

2003 - Vieyrinya (Portuqaliya)

2004 - Sesk Fabreqas (İspaniya)

2005 - Nuri Şahin (Türkiyə)

2006 - Toni Kross (Almaniya)

2007 - Boyan Krkiç (İspaniya)

2008 - Daniel Aleksiç (Serbiya)

2009 - Mario Götse (Almaniya)

2010 - Konnor Uikem (İngiltərə)

2011 - Kayl Ebesilio (Hollandiya)

2012 - Maks Mayer (Almaniya)

2013 - Anton Mitryuşkin (Rusiya)

2014 - Stiven Verqviji (Hollandiya)

2015 - Odson Eduard (Fransa)

Hazırladı: İBRAHİM

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30