26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

"Qəbələ" cüdoçuları yenə ilk pillədə

Bir neçə gün öncə 2000-2001-ci il təvəllüdlü cüdoçuların ölkə birinciliyində komanda hesabında ilk yerə sahib olan "Qəbələ" İdman Klubunun cüdo bölməsi eyni uğuru gənclərin respublika çempionatında da təkrarlayıb. Futbolxeber.az-ın məlumatına görə, qızlar və kişilər arasında keçirilən yarışda “Qəbələ” təmsilçiləri ümumilikdə 5 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıblar.

Qızların yarışında Çinarə Quliyeva (44 kq) və Afət Mustafayeva (52 kq) qızıl medala yiyələnib. Günay Alməmmədova (78 kq) və Lalə Gülbalayeva (63 kq) turniri gümüş medalla yekunlaşdırıb. Nərmin Novruzova (44 kq), Təhminə Paşazadə (57 kq) və Leyla Şahin (63 kq) isə bürünc medalla kifayətlənib.

Kişilərin yarışında Cəlil Şükürov (100 kq), Rüfət İsmayılov (81 kq) və İsgəndər Talışinski (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mehman Sadıqov (60 kq) və Vasif Şərbətli (90 kq) bürünc medala sahib olub.  


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30