19 Noyabr 2026, Cümə axşamı
Böyük futbol Xankəndiyə qayıtdı
Millimiz FIFA reytinqində irəlilədi
Avro-2028: Millimiz 5-ci səbətdə
U-20 millisi İraqla heç-heçə etdi

Digər idman növləri

Azərbaycan Güləş Federasiyasında uşaqlar üçün ekskursiya təşkil olunub

Azyaşlı uşaqların Azərbaycan Güləş Federasiyasının (AGF) təlim-məşq bazasına ekskursiyası təşkil edilib.

Futbolxeber.az saytının məlumatına görə, özəl uşaq bağçalarından biri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən ekskursiya zamanı sərbəst güləş üzrə U-17 milli komandanın böyük məşqçisi, 2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev uşaqlara bələdçilik edərək onları məşq zalı ilə tanış edib, milli komandanın gündəlik hazırlıq prosesi barədə məlumat verib.

Balaca qonaqlar peşəkar idmançıların məşq prosesini yaxından izləmək və güləş mühiti ilə tanış olmaq imkanı əldə ediblər.

Daha sonra sərbəst güləş üzrə U-20 milli komandanın məşqçisi Əsgərxan Novruzov güləşə yeni başlayanlar üçün nəzərdə tutulan bir sıra ilkin texniki elementləri nümayiş etdirib. Uşaqlara idmanın fiziki inkişaf, intizam və sağlam həyat tərzinin formalaşmasındakı rolu barədə də məlumat verilib.

Ekskursiyanın sonunda Hacı Əliyev və sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi, olimpiya və dünya mükafatçısı, 3 qat Avropa çempionu Cəbrayıl Həsənovun iştirakı ilə imza mərasimi keçirilib. Uşaqlar məşqçilərlə xatirə şəkilləri çəkdirərək ekskursiyanı xoş təəssüratlarla başa vurublar.

AGF bu tip tədbirlər vasitəsilə uşaqlar arasında güləşə və ümumilikdə idmana marağın artırılmasını, sağlam həyat tərzinin təşviqini və idmanın kütləviləşdirilməsini dəstəkləyir.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30