20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Daha bir idmançımız Avropa çempionatında medal qazandı

Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən kişilər və qadınlar arasında Avropa çempionatında Azərbaycan milli komandasının möhtəşəm çıxışı davam edir. Apasport.az saytının məlumatına görə, aktivində 1 qızıl (Valentin Xristov 62 kq), 1 gümüş (Silviya Angelova 48 kq) və 1 bürünc (Zülfüqar Süleymanov 62 kq) medal olan yığmamız ümumi sıralamada lider idi.

Bu gün isə daha bir atletimiz körpücük üzərinə çıxıb. Sərdar Həsənov 69 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Onun qazanacağı istənilən medal, komandamızın liderliyini qorumaq üçün yetərli olacaqdı.

Təcrübəli idmançımız uğur seriyamızı davam etdirərək karyerasında bir ilkə də imza atıb.

Baxmayaraq ki, birdən qaldırma hərəkəti Sərdar üçün uğursuz başlanıb. İdmançımız birinci sifariş verdiyi çəkini – 145 kq-ı yalnız ikinci yanaşmada ram edə bilib. Üçüncü yanaşmada 150 kq-ı əminliklə başı üzərinə qaldıran Həsənov bu hərəkətdə “kiçik” gümüş medalı təmin edib. O, ən yaxın izləyicisi albaniyalı Daniel Qodellini 5 kq qabaqlayıb.

Təkanla qaldırma hərəkəti də Sərdar üçün təxminən eyni cür keçib. Birinci sifariş verdiyi 173 kq-ı yalnız ikinci cəhddən qaldıran atletimiz, sonuncu yanaşmasında 176 kq-ı ram edib. Bu çəki ona bu hərəkətdə 3-cü yeri tutaraq daha bir “kiçik” – bu dəfə bürünc medal qazanmaq imkanı verib.

Toplamda 326 kq (150 kq + 176 kq) nəticə göstərən atletimiz Avropa çempionatında gümüş medala sahib çıxıb. Bu, həm milli komandamız, həm də idmançının öz adı baxımından böyük uğurdur. Yetərincə təcrübəli olan Sərdar dəfələrlə dünya və Avropa çempionatlarında, həmçinin Olimpiya Oyunlarından iştirak etsə də, hər dəfə bəxt ondan üz döndərirdi. Ancaq bu dəfə bütün əzmini bir yerə toplayan atlet, əla çıxış edərək birdən-birə gümüş medala sahib çıxıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30