21 Aprel 2026, Çərşənbə axşamı
"Turan Tovuz"da iki yubiley
Saşa İliç qələbəni şərh etdi
Sxadadze: “Azarkeşlərdən üzr istəyirik”
"Sumqayıt" "Qəbələ"ni məğlub etdi

Digər idman növləri

Nicat Abasov: "Avropa çempionatının sonluğu bir qədər üzücü alındı"

 

“Şahmat üzrə şəxsi Avropa çempionatının sonluğu bir qədər üzücü alındı”.

Futbolxeber.az-ın məlumatına görə, bunu Nicat Abasov Azərbaycan Şahmat Federasiyasının saytına açıqlamasında deyib.

30 yaşlı qrossmeyster Polşanın Katovitse şəhərində keçirilmiş qitə birinciliyində gümüş medal qazanması ilə bağlı danışıb:

"Yarışın sonluğu bir qədər üzücü alındı. Son turlarda lider mövqeyində idim, X turda çox vacib qələbə qazana bilərdim. Həlledici turdan əvvəl Azərbaycanın 3 şahmatçısının çempionluq şansının olması sevindirici idi. Təəssüf ki, alınmdı. Ən çətin, fikrimcə, XI tur oldu. Sanki çempionatın finalında mübarizə aparırsan. Çempionluq şansımı bəlkə də X turda əldən verdim. Bir gedişə İspaniya təmsilçisini məğlub etmək olardı. Ümumilikdə fəxri kürsüdə iki azərbaycanlının olması ölkə adına böyük uğurdu. Yarışın ikinci yarısını daha yaxşı keçirən Məhəmməd Muradlı da medala layiq idi. Ümid edirəm ki, bu nəticə hamımıza əlavə stimul olacaq və növbəti yarışlarda da yaxşı nəticələr əldə ediləcək".

O, turnirdən əvvəl əsas hədəfin medal qazanmaq olduğunu bildirib:

"Avropa çempionatına yollanmamışdan əvvəl hədəf ən yüksək nəticə idi. Çünki son illər qitə çempionatında Dünya Kubokuna vəsiqə qazansam da, mükafatçılar sırasında yer almamışdım. Ötən il son tur ərəfəsində medallar uğrunda mübarizəni davam etdirirdim. 2025-ci ildəki yarışın son turunda qara fiqurlarla Almaniya təmsilçisi Mattias Blyubaumla heç-heçə oynadım. Yekunda medal qazana bilmədim, rəqib isə çempion oldu. Ona görə cari ildə əsas hədəf medal qazanmaq idi".

Xatırladaq ki, Polşada keçirilən Avropa çempionatında Nicat Abasov gümüş, Aydın Süleymanlı bürünc medal əldə edib. Digər təmsilçimiz Məhəmməd Muradlı yarışı 4-cü yerdə başa vurub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30