Digər idman növləri
Toğrul Əsgərov məşqçisini danışdırmır - "Olimpiya çempionu olanda nə olar, adam “göylə gedər”?
Olimpiya çempionu Toğrul Əsgərovun məşqçisi Elçin Zeynalov yetirməsindən şikayət edib. Publika.az xəbər verir ki, məşqçi “Futbol+” qəzetinə verdiyi müsahibədəToğrulla küsülü olduğunu, yetirməsinin ona salam vermədiyini bildirib. Müsahibəni ixtisrala təqdim edirik.
- Dedi-qoduya münasibətinizin pis olduğunu hiss etdik. Onda zəhmət olmasa deyin görə, Toğrulla aranızda inciklik var? Çünki camaat Gəncədə bu haqda yaman danışır. Deyilənə görə yetirmənizin uzun müddət güləşdən məşqlərdən kənar qalmasına etiraz etmişiniz və bunun üstündə aranızda narazılıq yaranıb ...
- Bəli, mən Toğrula həmişə doğru yol göstərmişəm. İndi də siz söhbət saldınız, açıq deyəcəm. Ona düz istiqamət göstərib demişəm ki, oğul, bu sənin yolundu, sona kimi bura ilə get. Ağıllı tərbiyəli ol, məşqlərdən icazəsiz qalma. Yığmanın məşqçilərinə federasiyanın rəhbərliyinə qulaq as. Nə olar adam olimpiya çempionu olanda? Sadə insan olmaq lazımdır. Quranda və başqa kitablarda da bu haqda yazılıb.
Sədi Şirazi deyir ki, “atam məni göydən yerə endirdi. Müəllimim isə yerdən göyə qaldırdı”. Doğru eşitmişiniz, aramızda müəyyən narazılıq olub. Toğrula həmişə doğru yol tutmasını deyib, faydalı məsləhətlər verməyə çalışacam. Məşqlərdən səbəbsiz qalmasını, çempion olandan sonra da “göylə getməsini” qəbul edə bilmərəm. Prezident mənə “Şöhrət” ordeni verib. Bunu elə-belə almamışam. 50 il əziyyət çəkmişəm, dünya və Avropa çempionları yetişdirmişəm. Təkcə Toğrul deyil, Habil İbrahimov, Rza Xəlilov, kimi çempionları və başqa güclü idmançıları yetişdirmişəm.
Tələbəm Vaqif Məmmədov SSRİ çempionu olub. Bu adı qazanmaq 2-3 dəfə olimpiya çempionu olmaq kimi bir şey idi. Görürsünüz, bu qədər uğurların qarşılığında mən yenə də xalqın içindəyəm. Həmişə demişəm ki, sadə olmaq lazımdır.
- Yəni siz Toğrulun dəyişdiyini inkar etmirsiniz?
- Elədi Mənə elə gəlir səhvini başa düşər. Yox, mən səhv etmişəmsə bağışlasın ki, ona düz yol göstərmişəm. Bax, buna görə aramızda narazılıq olub. Gəncədə mənim, Bakıda isə yığmanın məşqlərini çox buraxıb ki, bu da xoşuma gəlməyib. 66 yaşım var, mən bu sözləri müəllimi yox, yaxını, lap elə ağsaqqalı kimi deməyə borcluyam. Deməsəm, yol göstərməsəm, düzgün olmaz. Deyəndə də Toğrulun xətrinə dəyir. Gərək düz iş görməyəndə də ona “doğru eləmisən” deyəsən. Bu da alınmır.
- Eşitdiyimizə görə sizin yanınıza gəlmədiyi dövrlərdə təkbaşına kompleksdə məşq edirmiş.
- Getsin məşq etsin, pis çıxmasın “gələnə xoş gəldin”, gedənə “yaxşı yol” deyərlər.
- İndi münasibətləriniz necədir?
- Münasibətlərimiz? (gülümsəyir) Belə, orta. Nə görüşürük nə də danışırıq. Toğrul gözləyir ki, müəllimi, ağsaqqal adam gəlib ondan üzr istəsin. Bağışlayın, mən belə şey etmərəm. Toğrulu Toğrul edən mən olmuşam.
- Yaxınlarda prezident Gəncəyə gələndə ikiniz də orda idiniz. Görüşmədiniz?
- Yox, heç salamlaşmadıq da, yalan danışa bilmərəm.
- Belə görürəm ki, aranızdakı soyuqluqdan siz daha çox əziyyət çəkirsiniz. Hər halda illərlə əziyyət çəkdiyiniz yetirmənizlə bu gün münasibətləriniz qaydasında deyil.
- “Əziyyət çəkirsiniz” hələ yaxşı sözdür. Nə hiss etdiklərimi dilimə gətirə bilmirəm. İçimdə saxlayıram, bu da əsəblərimə mənfi təsir edir. Gərək belə olmayaydı. Mənim ürəyim, qapım həmişə Gəncə pəhləvanları üçün açıq olub.
- Yəni siz yenə Toğrula yaxın getməyə, ona doğru yol göstərməyə hazırsınız?
- Bu nə sözdür? Məndə inciklik yoxdu, elə adam deyiləm. Əzəldən belə qəbul olunub ki, ağsaqqal təqsiri də olsa cavan onun ayağına getməlidir. Sizə bir söz deyim ötən il prezident Qusarda mənə ev verdi. Hamı zəng edib təbrik etdi, bircə Toğruldan başqa. Bu mənə təsir etdi. Amma ona ev hədiyyə olunanda üzündən öpüb, təbrik etmişdim.
- Yeri gəlmişkən, Toğrul çempion olanda sizə “SEAT” markalı avtomobil hədiyyə olunmuşdu. Amma yenə köhnə model “VAZ-2101”i sürürsünüz.
- Həmin maşın qapıdadır. “01”i uzun illərdir sürürəm, öyrəşmişəm, özümü daha rahat hiss edirəm. Ondan əlavə icra başçısı “Niva” bağışlayıb. O da qapıdadır. Bir də görürsən ki, bəzi adamlar deyir ki, o maşınları niyə satmırsan? Niyə satım ki, mənə hədiyyə verilib, yadigar kimi saxlayıram. Elə bura “01”lə gəlmişəm.
- Elçin müəllim, Toğrulla sizi kim və nə barışdıra bilər?
- Barışdırmaq elədi ki ... Açıq deyim, Toğrul oturub fikirləşsin görsün səhvi harada olub. 66 yaşım var , bu boyda şəhərdə bir nəfər deyə bilməz ki, Elçin müəllim mənə mərdimazarlıq edib, kefli olub, artıq-əskik danışıb. Toğrulla oturub danışmışam və ona dediyim sözlər bu gün həqiqət olub. Ona çox şey demişəm. Amma sizə deyə bilmərəm. O öz səhvini başa düşsə, gəlsin yanıma. Mən səhv edəni bağışlamağı bacarıram. Yox, mən nəyisə düz etməsəydim ondan üzr istəyərdim. Ailə üzvlərinin- babasının, dayısının yanında söhbət düşüb, sözümü demişəm. Hamı mənim xətrimi çox istəyir. Balaca şəhərdir, adam olimpiya çempionu olanda nə olar, adam “göylə gedər”? Müəllim adama səhv nəsə deyə bilər? Toğrulu bir günə hazırlamamışam. Uzun illər idmançılarla işləmişəm.
- Çəkdiyiniz əziyyətə görə, heyfslənirsiniz?
- Əşi, yox. Beş barmağın beşi də bir ola bilməz ki. Gərək aramızda narazılıq olmaya. Mən istəyirəm Toğrulu həmişə barmaqla göstərsinlər. Tədbirlərə gedəndə ona uyğun geyinsin, geyim formasına fikir versin. Sən olimpiya çempionusan, diqqət mərkəzindəsən. Ona görə özünə fikir verməlisən. Mən bunları irad tutmuşam. Onu mən irəli çıxarmışam. Toğrul mənsiz heç kimdir. Ona sözümü demişəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Qurban Qurbanov Qara Qarayevin təyinatından danışdı
- Rəhman Hacıyev “Səbail”dən getdi, yeni klubu da məlumdur
- Vernidub sabiq futbolçusunu “Neftçi”yə gətirir?
- "Neftçi" Çempionlar Liqasının iştirakçısı ilə qarşılaşacaq
- Azərbaycanda işləmiş məşqçi “Real”da Arbeloanın köməkçisi oldu - ÖZƏL
- “Neftçi” - “Kayrat” oyununun vaxtı müəyyənləşdi
- "Neftçi"nin "Piramids"lə oyununun vaxtı və yeri məlum oldu
- “Neftçi”nin media koordinatoru: “Azarkeşlərimiz bu cür xəbərlərə inanmasınlar”
- "Qarabağ"ın müdafiəçisinə Braziliyadan təklif
- Yankoviç: “Qarşıda məni nələrin gözlədiyini görmək üçün səbirsizlənirəm”
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının Təşkilat Komitəsinin iclası keçirilib
- Azər Bağırov: “Rüfət Abdullazadəni hər komanda heyətində görmək istəyər”
- Rza Cəfərov “Qəbələ” yolunda: danışıqlar yekunlaşmaq üzrədir
- “Qarabağ” seneqallı hücumçu üçün təklif göndərib?
- Azərbaycan idmançıları və idman mütəxəssisləri təltif edilib - SİYAHI
-
02:12
Zubir: “10 xal inanılmaz göstəricidir”
-
01:34
Qurban Qurbanov: “Bəhlulun bəxti gətirməyib ki, müdafiəçi olub”
-
01:07
“Ayntraxt”ın baş məşqçisi: “Biz bir səhv daha çox etdik”
-
00:59
Prezident İlham Əliyev “Qarabağ”ı təbrik etdi
-
00:43
Bəhlul Mustafazadə: “Matç gedə-gedə qol vurmaq barədə düşünürdüm”
-
00:18
AFFA prezidenti "Qarabağ"ı təbrik etdi
-
23:52
"Qarabağ" - "Ayntraxt" oyununun ən yaxşısı müəyyənləşdi
-
23:41
"Qarabağ"da fantastik qələbə
-
20:39
“Qarabağ” - “Ayntraxt”: Heyətlər açıqlandı
-
20:00
Yüksək Liqada X tur iki oyunla start götürüb
-
18:15
Yenidən “Aston Villa”ya qayıtdı
-
17:26
Ukraynalı futbolçu "Trabzonspor"u "Anderlext"ə dəyişdi
-
16:48
Xabi Alonso “Liverpul”da?
-
15:57
"Karvan-Yevlax" üç futbolçusu ilə yollarını ayırıb
-
15:33
Taekvondoçularımızın Şəkidə təlim-məşq toplanışı başlayıb
-
14:14
“Neftçi”dən azarkeşlərə çağırış: “Dəstəyini tribunada göstər” VİDEO
-
13:21
Güləş Federasiyasından mübahisəli epizodlarla bağlı yeni layihə VİDEO
-
13:02
Millimizin üzvü: “Elə etməliyik ki, top daha çox bizdə qalsın”
-
12:49
"Qarabağ" - "Ayntraxt" oyununa nə qədər bilet satılıb?
-
11:36
Əliyar Ağayev Avroliqanın oyununa təyinat alıb
-
11:18
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:53
Millimizin üzvü Ukrayna klubuna qarşı oynadı
-
10:27
ÇL-də bu mövsüm 1/8 finalı təmin edən ilk komanda oldu
-
10:00
"Real"dan 6 qollu qələbə VİDEO
-
14:37
“Sumqayıt” Şəhidlər xiyabanını ziyarət etdi FOTOLENT
-
14:19
Qurban Qurbanov: “Şans varsa, niyə istifadə etməyək?”
-
14:03
Pedro Bikalyo: “Bu, karyeramın ən vacib matçıdır”
-
13:45
Millimiz FİFA reytinqində neçəncidir?
-
12:28
Vüsalın komandasından qələbə
-
11:12
Sabiq "Qarabağ"lı Meksikada ilk qolunu vurdu VİDEO
-
10:54
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:31
"Latsio"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:06
UEFA Çempionlar Liqasında VII tur start götürür
-
09:47
"Beşiktaş"dan çətin qələbə VİDEO
-
09:29
Mert Çelik oynadı, “Sivasspor” qalib gəldi
-
19:23
"Şamaxı" "Zirə"nin futbolçusunu icarəyə götürüb
-
17:55
Güləşçilərimiz ilin ilk təlim-məşq toplanışlarına başlayıblar
-
17:36
Qar voleybolu üzrə Azərbaycan Kuboku keçiriləcək
-
17:11
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş saatı uzadılacaq
-
17:00
"Karvan-Yevlax" Azər Həşimovla bağlı öhdəlikləri yerinə yetirib
-
16:42
“Neftçi” “Zirə” ilə oyunun hazırlığına start verdi
-
16:27
Şakir Qəribov: “Neftçi" futbolumuzun keçmişidir, bu günüdür, gələcəyidir!” VİDEO
-
15:58
Rəhman Hacıyev “Səbail”dən getdi, yeni klubu da məlumdur
-
15:34
Zaur Əliyev: “Ciddi və köklü inkişafa nail olmaq istəyirik”
-
15:19
Azərbaycan çempionatında 170-dək boksçu mübarizə aparacaq
-
15:03
"Qarabağ" - "Ayntraxt" oyununa nə qədər bilet satılıb?
-
14:46
Millimizin üzvləri tibbi testlərdən keçdilər VİDEO
-
14:31
Qılıncoynadanlarımız Türkiyədə iki medal qazanıblar
-
13:52
Sabiq “Sumqayıt”lı 7 ay sonra özünə klub tapdı
-
13:27
Gəncə cüdosu üçün əlamətdar gün FOTOLENT
22.01.2026
21.01.2026
20.01.2026
19.01.2026























