24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Fariz Məmmədov: “Revanş döyüşünə tam kimi hazır olacam”

"Hazırda Antalyada məşqlərimi davam etdirirəm. Bildiyiniz kimi, Qəbələdə almaniyalı Mattias Pelkə qarşı keçirdiyim döyüşdən öncə ağır zədə almışdım. Qabırğam sınmışdı. Müayinədən keçdim, həkimlər mənə müalicə almağı və bərpa olunmağı tapşırdılar. Antalyadakı məşqlərim əsasən bərpa yüklüdür. Həkim nəzarətində yüngül məşqlər edirəm, fitnes salona və üzgüçülük hovuzuna gedirəm. Hazırda özümü yaxşı hiss edirəm. Hesab edirəm ki, revanş döyüşünə tam kimi hazır olacam". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycanı və "Qəbələ"ni peşəkar boksda təmsil edən Fariz Məmmədov söyləyib. Hazırda Antalyada bərpa prosesi keçən boksçu revanş döyüşünün vaxtının yanvar ayının sonunda dəqiqləşəcəyini deyib: “Bu ayın sonuna kimi durumum barədə Dünya Boks Qurumuna (WBO) məlumat verməliyəm. Onlara sənədləşdirilmiş formada son həkim müayinəsinin cavablarını göndərməliyəm. Müayinənin nəticələrinə əsasən döyüşün vaxtı müəyyənləşdiriləcək. Güman edirəm ki, bu yaz aylarına təsadüf edəcək".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30