19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Vüqar Həşimov dəfn olundu

Yanvarın 11-də Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişən Azərbaycan millisinin şahmatçısı Vüqar Həşimovla vida mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, mərhum Respublika Şahmat Mərkəzindən son mənzilə yola salınıb.
 
Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov, bütün idman federasiyalarının rəsmiləri, həmçinin tanınmış idman və ictimai xadimlər iştirak ediblər. Rəhimov mərhumun ailəsinə baş sağlığı verib, fəxri qarovulda dayanıb.
 
Həşimov III Fəxri xiyabanda torpağa tapşırılıb. Bunun ardından Təzəpir məscidində ehsan veriləcək.
 
Qeyd edək ki, 1986-cı il iyulun 24-də Bakıda anadan olan Vüqar Həşimov üçqat Azərbaycan çempionu tituluna sahib idi. Qrossmeyster 2009-cu ildə yığmamızın heyətində Avropa çempionu olub. O, 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub. Həşimov uzun müddətdir əziyyət çəkdiyi beyin xərçəngindən dünyasını dəyişib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30