20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Prezident İlham Əliyev Vüqar Həşimovun ailəsinə başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan şahmatçısı Vüqar Həşimovun ailəsinə başsağlığı verib. AzərTAc-ın məlumatına görə, dövlət başçısı  şahmatçının atasına ünvanladığı məktubda V.Həşimovun vaxtsız vəfatından son dərəcə kədərləndiyini bildirib:
 
“Hörmətli Qasım Həşimov,
Oğlunuz, görkəmli Azərbaycan şahmatçısı, şahmat üzrə üçqat Azərbaycan çempionu, qrossmeyster Vüqar Həşimovun vaxtsız vəfatından son dərəcə kədərləndim. Vüqar Həşimovun Azərbaycan idmanı qarşısındakı xidmətləri əvəzsizdir. O, Azərbaycan şahmat məktəbinin inkişafına misilsiz töhfələr verib, öz parlaq qələbələri ilə ölkəmizin adını daim yüksəklərə qaldırıb.
Azərbaycan xalqı, idman ictimaiyyətimiz dünyanın ən güclü şahmatçılarından biri olan istedadlı idmançımız ilə fəxr edir, ondan hələ çox qələbələr, yeni-yeni zirvələr gözləyirdi.
 
Amansız tale Vüqar Həşimovu istedadının ən çiçəklənən bir vaxtında çox erkən aramızdan apardı. Lakin onun parlaq xatirəsi bizim hamımızın, Azərbaycan xalqının, bütün şahmatsevərlərin qəlbində daim yaşayacaq.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, Aidə xanıma, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30